beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir gün Mollanın qonşu kəndlərdən birinə yolu düşür.

Bir gün Mollanın qonşu kəndlərdən birinə yolu düşür. Baxır ki,
hamı kənddə yeyir, içir, çalır, oynayır, bir kefdi ki, gəl görəsən. Molla
özünü verir camaatın arasına. Baxır ki, yemək, içmək dizdəndir. Bir
tərəfdən də Molla darışır plovun canına. Qarnını doyurandan sonra
üzünü adamlardan birinə tutub deyir:
– Sizin kəndiniz nə yaxşı kənddir.
Bir nəfər onu başa salır ki:
– Bu gün bayramdır, Molla, yoxsa hər gün belə olmur.
Molla bir ah çəkib deyir:
– Kaş hər gün bayram olaydı!..


Tarix: 01.06.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 64 Bölmə: Azeri Letifeler