beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

molla Nesreddin

Bir gün Molla öz-özünə deyir: —Mən bu ayın hesabını özüm saxlayacağam. Hesab saxlamaq üçün Molla hər gün qazana bir noxud salır. Mollanın qızı bunu görüb elə zənn edir ki, atası noxudu sevdiyi üçün qazana salır. O da ovucunu noxudla doldurub qazana tökür. Bir gün Molladan ayın neçəsi olduğunu soruşurlar . Molla : — Bir az səbir eləyin, bu saat deyərəm,—deyə dərhal evə gedir. Qazanda olan noxudları sayıb görür ki, yүz iyirmi iki dənədir. Molla өz-өzünə fikirləşir: «Sözün düzünü desəm mənə «dəli» deyərlər». Onun üçün də gəlib bu cür cavab verir. —Bu gün ayın altmış biridir. Camaat gülüb deyir. —Ay Molla! Bir ay otuz gündür; necə olur ki, bu gün ayın altmış biri olur? Molla isə onlara bu cür cavab verir: —Mən hələ insafla danışdım, əgər iş qazandakı noxudların hesabına qalsaydı, bu gün ayın yüz iyirmi ikisi olacaqdı.


Tarix: 31.05.2013 / 19:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 174 Bölmə: Azeri Letifeler