beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günlərin birində Molla Nəsrəddin çox bərk xəstələnir.

Günlərin birində Molla Nəsrəddin çox bərk xəstələnir. Arvadın
hər yerdən əli üzülür, qonşularındakı həkimbaşının evinə gedib yalvarır
ki:
– Aman günüdü, həkimbaşı! Kişi bərk azarlayıb. Kasıb adamıq, bir
sürü də uşaq. Nə olar, gəlib ona davadan-dərmandan eləyəsən, bəlkə
sağala.
Həkimbaşı "kasıb adamıq" sözünü eşidən kimi qaşqabağını salladıb
deyir:
– Yazıq kişiyə niyə əzab-əziyyət verirsən? Elə bil mən gəlib baxdım,
dava-dərmanı nə ilə alacaqsan?
Arvad kor-peşman evə qayıdıb əhvalatı Mollaya danışır. İş elə
gətirir ki, Molla sağalır. Günün birində həkimbaşı küçədə çıxır Mollanın
qabağına. Utanmaz-utanmaz deyir:
– Molla, gərək məni bağışlayasan. O günü çox vacib işim oldu, sənin
yanına gələ bilmədim.
150
Molla deyir:
Bu nə sözdü həkimbaşı?! Mən elə səni axtarırdım ki, razıçılıq eləyəm.
Sənin sayəndə mən sağalmışam.
Həkimbaşı təəccüblə soruşur:
– Balam, mənim sayəmdə niyə? Mən ki, səni müalicə eləməmişəm.
Molla deyir:
– Elə ona görə də mən sağalmışam da... Yoxsa, Allah göstərməsin,
sənin o murdar nəfəsin bircə dəfə mənə dəysəydi, indi kim bilir, mən
hansı qəbiristanda idim.


Tarix: 01.06.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 90 Bölmə: Azeri Letifeler