beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yenə bir gün Molla bazarda möhkəm acır.

Yenə bir gün Molla bazarda möhkəm acır. Cibində də pulu olmur.
Bir az fikirləşəndən sonra dümdüz gedib girir çilovçu dükanına ki:
– Bir çilov ver.
Aşpaz çilovu verir. Molla yeyib görür ki, doymadı. Çilov da çox
dadlıdı. Aşpazı çağırıb deyir:
– Bir çilov da ver.
Aşpaz bir çilov da verir. Molla bunu da yeyib durur ayağa, yönəlir
qapıya tərəf ki, getsin, aşpaz tutur yaxasından ki:
– Molla, pulunu vermədin?
Molla deyir:
– Pulum olsaydı verərdim də... Vermirəm, demək ki, yoxumdu.
Daha bu qədər adamın yanında məni qızartmağın nə mənası var.
Aşpaz deyir, Molla deyir, axırda aşpaz görür ki, Molladan pul ala
bilməyəcək, ona şax bir sillə vurur ki:
– Barı, qoy heç olmasa bir dəfə vurum, ürəyim soyusun.
Molla heç bir söz deməyib, dükandan çıxır. Bir-iki addım gedəndən
sonra qayıdıb girir dükana, aşpaza yaxınlaşıb soruşur:
– Qardaş, olar ki, elə bu qiymətə mən gündə gəlim bura çilov yeyim?


Tarix: 01.06.2013 / 19:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 107 Bölmə: Azeri Letifeler