Birisi özünü çox tərifləyib
						Birisi özünü çox tərifləyib həmişə deyərmiş ki, məni heç kəs aldada
 bilməz. Axırı bir gün yenə belə deyəndə Molla hirslənir ki:
 – Dayan burada, bir evə gedim, gəlim, gör səni necə aldadacağam!
 Molla bu sözləri deyib gedir. Kişi ha gözləyir ki, Molla gələcək,
 Molla gəlib çıxmır. Axırda adamları çağırıb əhvalatı danışır ki:
 – İndi özünüz də görün! Molla gördü ki, məni aldada bilməyəcək,
 əkildi.
 Hamı başlayır gülməyə. Axırda kişi hirslənir ki:
 – Niyə gülürsünüz?
 Adamlardan biri deyir:
 – Balam, daha aldatmaq necə olar ki? O elə səni aldadıb burda saxlayıb
 də...
Tarix: 01.06.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 92 Bölmə: Azeri Letifeler
loading...