Yenə də bir gün Molla
						Yenə də bir gün Molla meşədə odun qırarkən əl-ayağının soyuduğunu
 görüb uzanır yerə. Bir neçə saatdan sonra çobanlar onu orada görüb,
 kəndə xəbər aparırlar. Camaat tabut-zad götürüb gəlir ki, Mollanın
 ölüsünü aparsın. Bəli, ədəb-ərkanla kişini tabuta qoyub götürürlər.
 Yolun bir yerində getdikləri yol iki yerə ayrılır. Adamların arasında
 mübahisə düşür. Bir neçəsi deyir: "O yol ilə gedək". Mübahisənin çox
 uzun sürdüyünü eşidən Molla Nəsrəddin tabutdan başını qaldırıb deyir:
 – Mən diri vaxtımda həmişə bu yol ilə gedərdim.
Tarix: 01.06.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Azeri Letifeler
loading...