beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səni Sevmək Mənimçün Elə çətindir Gülüm.

Səni sevmək mənimçün elə çətindir, gülüm,
Çözəli bir düyünsən,
Hə açmaq istəyirəm, amma aça bilmirəm.
Sənə olan sevgimdən mən qaçmaq istəyirəm,
Özüm sevgim boydayam, sevgim dünya boydadır,
Dünyadan mən heç yana, gülüm, qaça bilmirəm.

Səni sevmək mənimçün elə çətindir, gülüm,
Mən hey qanad çalıram,
amma, uça bilmirəm,
Xəyallarımda sənə bu qədər yaxın ikən
Qollarımı açıram, amma quca bilmirəm…

Səni sevmək mənimçün elə çətindir, gülüm,
Bu sevgimlə Allahın qarşısında suçluyam,
Tövbəyəmi başlayım, yoxsa, suça...
…bilmirəm…
Bu sevda boy verərmi, yoxsa, dönərmi puça?...
-bilmirəm…
Bircə onu bilirəm, gözümdən axan yaşsan…
Nə qurumaq bilirsən,
Nə də ki, mən silmirəm !…


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 91 Bölmə: Azerbaycan Edebiyyatindan