beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Usalı oymağı

Tarixi
Bəzi tarixi ədəbiyatda usanlı, osallı, asıllı, havsallı kimi də yazılır. Bir qismi İsfahan, bir qismi Urmiya, bir qismi isə Zəncan ətrafında yerləşmişdi.

Osanlı oymağının Tehran ətrafındakı Eyvanikeyf dərəsinin əkinəcəkləri vardı.

Tədqiqatçı Adnan Menderes Kaya yazır: "Usalı avşarı: Bu obanın adı qaynaqlarda Usallu və Usanlu şəklində də keçir. İran avşarlarıdır. Səfəvi hökmdarı Şah Abbas zamanında (1587-1628) İsfahanda yaşayıblar. Sonra Kürdüstandakı Kavəruda köçüblər. Kavərud hakimi İmam Qulu Sultan bu obadan idi. Usalıların İrandakı digər afşar obaları kimi çoxsaylı ve güclü olmadığı anlaşılır. XIX əsrin ortalarında İranda olan Ledi Şelin İrandaki əşirətlər ilə bağlı hazırladığı siyahıda usalılar Mazandaranda 50 ev, Tehran bölgəsindəki Har və Dəmavənddə isə 1000 çadır və evdən ibarətdir. Azərbaycanın Quba şəhərində də usalılar yaşayır. Usalı avşarlarından bəzi qruplara Osmanlı torpaqlarında da rast gəlinir. Hələ XVI əsrdə Maraş türkmənləri arasında olan camaatın bir qismi isə Alaniyada yerləşmişdir. Bu, onların əsasən Anadoludan İrana gedən obalardan olduğunu, bir qisminin isə köç etməyərək yerində qaldığını göstərir".


Tarix: 21.01.2015 / 16:34 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Azərbaycanlı sülalələr