beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

701 saylı hərbi briqada

Döyüş yolu
Kəlbəcər rayonunu əvvəllər 701-ci briqada müdafiə edirdi, sonra 701-ci briqada Laçın rayonuna döyüş əməliyyatlara göndərilir. 1993 ilin fevralın ayının ortalarında Ağdərə rayonu düşmən tərəfindən işğal olunandan sonra Kəlbəcər rayonu əli yalın düşmənlə üz- üzə qalır. 701-ci briqada isə Əzizağa Qənizadənin MN rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılsa da Laçın rayonundan Kəlbəcər rayonuna qaytarılmır və beləliklə bu rayonun işğalı üçün münbit zəmin hazırlanmış olur.

Düşmənin 6 alaya qədər olan qüvvəsinin Kəlbəcər rayonuna 3 istiqamətindən gedən irimiqyaslı hücumu zamanı hələ 701-ci briqada Laçın rayonunda döyüşürdü. Halbuki bu günədək kəlbəcərlilər də daxil olmaqla çoxları bu rayonun işğalında 701 saylı hərbi hissənin günahkar olduğunu düşünür. Amma əlahəzrət fakt tamam bunun əksini deyir. Laçın rayonunda döyüş əməliyyatları aparan 701-ci briqada Kəlbəcər rayonunda necə ola bilərdi? Düşmən Kəlbəcər rayonunda döyüşür, 701-ci briqada isə Laçın rayonunda mövqeləri qorumaqla məşğuldur.

Ə. Qənizadə döyüşlərin birinci günündən və həmin hərbi hissə tam darmadağın edilənə qədər əsgərlərlə bir yerdə vuruşur. Onun xatirələrindən qısa təqdimat: “Başqa çıxış yolu yox idi. Biz az idik və zabit heyəti demək olar ki, yox idi. Mən Laçın rayonundan döyüşlərdən çıxarıb Kəlbəcər rayonuna ən cox 150 – 300 nəfər əsgər hissə-hissə gətizdirə bildim. 701-ci Briqadanı isə tamamilə Laçın rayonundan çıxarmağa mənim səlahiyyətlərim yox idi. Kəlbəcərə gətirildiyim bölüklər mənimlə bütün döyüşləri mühasirə şəraitdə döyüşüblər. Düşmən bilmirdi ki, biz hansı qüvvə ilə onların qabağına çıxırıq. Son 4 gündə aramsız gedən döyüşlərdə mənimlə hücuma gedən hərbçilərdən az bir hissəsi döyüşlərdən sağ çıxdı. Şəhid olanları cıxarmağa adam qalmırdı. Təxminən hər 50 nəfər döyüşə gedən hərbçilərdən 5-6 nəfər sağ çıxırdı. Düşmənin hücumu 280 kilometr uzunluğu olan cəbhədən, mühasirə şəraitndə qalan Kəlbəcər rayonuna hücumları və manevrləri müdafiəsiz olan 190 km-lik ərazidən keçirilirdi. Müdafiəsiz qalan ərazidən düşmən asanlıqla bizim arxasına keçir və bizi mühasirəyə alırdı.”

701-ci briqada 1992 ilin may ayından sentyabr ayına qədər Kəlbəcər rayonunda yerləşirdi və onu müdafiə edirdi; 1992 ilin sentyabr ayının əvvəlində 701-ci briqada gözlənilmədən Laçın rayonuna döyüş əməliyyatlara göndərilir. Kəlbəcər rayonunda isə hərbi hissələr qalmır. 1993 ilin fevralın ayında Ağdərə rayonu düşmən tərəfindən işğal olunduqdan sonra isə Kəlbəcər rayonu əli yalın düşmənlə üz üzə qalır, nəticədə işğal qaçılmaz olur.

Kəlbəcər rayonu düşmən tərəfindən 80 % işğal olunur və Müdafiə Nazirliyindən 701-ci briqada Laçındakı mövqelərindən Kəlbəcər istiqamətində geri çəkilmək əmri alır. 701-ci briqada hissə-hissə Kəlbəcər rayonuna geri piyada çəkilməyə başlayır. Aparıla bilməyən silah və sursat məhv edilir. Düşmən geri çəkilən briqadanı təqib edir. 701-ci Briqadanın bömələri tədricən bir neçə sutka ərzində düşmən tərəfindən halqa şəklində bütün yüksəklikləri zəbt olunan Kəlbəcər rayonuna daxil olur. Qeyri-bərabər şəraitdə döyüşən 701-ci Briqada mühasirədə döyüşərək Kəlbəcər rayonun əhalisini xilas edir və Kəlbəcərliləri xilas edərkən 400 nəfər şəhid verir. Halbuki indiyə qədər 701-ci Briqadanın fədakarlığı dilə gətirilmək əvəzinə bəzi insanlar tərəfindən şərlənir.


Tarix: 27.01.2015 / 14:55 Müəllif: Feriska Baxılıb: 121 Bölmə: Azərbaycanın müharibələri‎