beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Faiq Ağayev (milli qəhrəman)

Həyatı
1969-cu il 6 iyun tarixində Ağdam rayonunun Papravənd kəndində doğulmuşdur. 1990-cı ilin sentyabr ayında Ağdam rayon polis şöbəsinin tərkibində yaranmış polis alayına daxil olur.

Döyüşlərdə iştirakı
1991-ci il 23 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndi erməni silahlılarının hücumuna məruz qalır. Erməni quldurları günahsız, silahsız insanları körpələrə, yaşlılara məhəl qoymadan onları vəhşicəsinə qətlə yetirirdilər. Azərbaycanlı hərbiçilər yerli əhalini xilas etməyə çalışırdılar. Uçurulmuş evlərdən birini özünə istehkam seçən Faiq dəqiq atəşlərlə azğınlaşmış erməni quldurlərını məhv edirdi. Faiq düşmənin atəşini özünə cəlb etməklə onlarla qadını, uşağı xilas etdi.

O son ana qədər mövqeyini tərk etmədi və son nəfəsinə qədər vuruşdu. Vətənimizin igid oğlu başqalarının həyatını xilas edərək öz həyatını qurban verdi.

Ailəsi
Subay idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Ağayev Faiq Alış oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi.

Ağdam rayonunun Papravənd kəndində dəfn edilmişdir.


Tarix: 26.01.2015 / 18:40 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Azərbaycanın müharibələri‎