beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dolu (film, 2012) - Məzmun

Məzmun
Film Qarabağ müharibəsində heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir.

Film haqqında
Film Aqil Abbasın "Dolu" romanının motivləri əsasında çəkilmişdir.
Film aktyor Mayak Kərimovun kinoda son işidir.
Filmdəki trük səhnələrinin çəkilişlərində Azərbaycan Kaskadyorlar Assosiasiyasının üzvləri iştirak etmişdir.
Filmin döyüş və kütləvi səhnələrində Daxili Qoşunların 200-dən çox əsgər və zabiti çəkilib.
Filmin premyerası 2 avqust 2012-ci ildə Nizami Kino Mərkəzində keçirilən Azərbaycan Milli Kino Günündə olmuşdur.
Festivallar və mükafatlar
1) 2013-ci ildə Bakıda Mədəniyyət və Turizm Nazirliyinin teatr, musiqi, təsviri sənət və kino sahəsində təsis etdiyi "Zirvə" mükafatının 6-cı təqdimetmə mərasimi
Filmin yaradıcı heyətinə "Zirvə" mükafatı verilmişdir


Tarix: 26.01.2015 / 17:41 Müəllif: Feriska Baxılıb: 96 Bölmə: Azərbaycanın müharibələri‎