beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fəryad (film, 1993) - Məzmun

Məzmunu
"Ögey ana" filminin baş qəhrəmanı-balaca İsmayıl (Ceyhun Mirzəyev) artıq böyümüş, ailə sahibi olmuşdur. Bu filmdə İsmayıl Hüseynov artıq batalyon komandiridir. O, Vətən torpaqlarının erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür....
Film Qarabağ müharibəsinə həsr olunmuşdur. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır.
Festivallar və mükafatlar
1)1994-cü ildə
Ssenari müəllifi Vaqif Mustafayevə ssenariyə görə "Tağıyev" Mükafatı verilmişdir.
2)1994-cü ildə
Quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyevə (ölümündən sonra) "Bakılı" cəmiyyətinin "Humay" Mükafatı verilmişdir.
3)1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi
Quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyevə (ölümündən sonra) ekranda qəhrəmanlıq mövzusunun həllində fədakarlığa və yaradıcılıq axtarışlarına görə Diplom və Priz verilmişdir.
Film haqqında
Film rejissor və aktyor Ceyhun Mirzəyevin kinoda son işidir.
Filmdə güllələnmiş, soyuqdan donmuş xocalılar elə əslində Xocalı sakinləridir. Onlar həmin vaxt Xocalıdan Goranboya gələnlərdir.
Filmdə "Ögey ana" filminin kadrlarından istifadə olunmuşdur.


Tarix: 26.01.2015 / 17:40 Müəllif: Feriska Baxılıb: 77 Bölmə: Azərbaycanın müharibələri‎