Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Urşanika

U r ş a n i k a (er. əv. 744-cü il). Sanqi əyalətində (indiki Səhənd dağı olan bölgədə) bir şəhərin adı. E. A. Qrantovskiyə görə, hindcə varşan – "qüdrətli, qüvvətli, böyük sözündəndir. Q. Qeybullayev qeyd edir ki, bu, inandırıcı deyil, çünki şəhər adı belə sözdən ibarət ola bilməz. Həmdullah Qəzvini (XIV əsr) Təbriz yaxınlığında Urişak toponimini qeyd edi. Türkcə ur – möhkəmləndirilmiş yer, təpə, sanq (çanq) – dağ və ık, ik – küləkdən qorunan yer, daldalanacaq yer, sığınacaq, tərəf sözlərindəndir. Qeyd edilməlidir ki, Manna və Midiya toponimlərinin bəzilərində ur sözü mənşəcə şumer dilinə aid uru – icma, şəhər (qədim türkcə ordu – şəhər, xan düşərgəsi) sözü də sayıla bilər.


Tarix: 09.01.2015 / 15:52 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Azərbaycan toponimləri
loading...