Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ələkbər Muradov

Ələkbər Muradov - rejissor, ssenari müəllifi, operator, aktyor, operator assistenti, ikinci operator.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Həmçinin bax


Həyatı

Ələkbər Yunus oğlu Muradov 1 avqust 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda (1966-1971), Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1973-1978). "Azərbaycanfilm" kinostudiyasında, AzTV-nin "Ekran" Yaradıcılıq Birliyində çalışıb. Hazırda Lider TV-də işləyir. Əməkdar incəsənət xadimidir (2005).
Rejissor Murad Muradovun atasıdır.

Filmoqrafiya
Anamın duaları (film, 2007)
Anaya məktub (film, 1980)
Armudu (film, 1986)
Bakı. Müharibə illəri (film, 1985)
Boru xətlərində yeni texnika (film, 1979)
Dədə Şəmşir (film, 2002)
Dünən, bu gün, sabah (film, 1992)
Ərənlər (film, 2005)
Gəmiqaya (film, 1981)
Güllələnmə təxirə salınır!... (film, 2003)
"Hacı Mail" nağılı... (film, 2005)
Hamı bir nəfər üçün (film, 1984)
Həsir (film, 1985)
Hökm (film, 1994)
Kənd əhvalatı (film, 1986)
Kommersiya (film, 1992)
Qaladan tapılan mücrü (film, 1982)
Qanlı Bakı (film, 1994)
Qərib cinlər diyarında (film, 1977)
Qonaq-qaralı ev (film, 1992)
Qorxma, mən səninləyəm (film, 1981)
Məğlubedilməzlər (film, 1983)
Məhəbbətin familiyası (film, 1977)
Mən mahnı qoşuram (film, 1979)
Mənim ağ şəhərim (film, 1994)
Müqəddəs oda yanaram (film, 1991)
Nəsirəddin Tusi (film, 1984)
O dünyadan salam (film, 1992)
Odlu ürək (film, 1981)
Oğlan (film, 1985)
Özünü onun yerinə qoy (film, 1983)
Səadət təranələri (film, 1980)
Sonuncu dərviş (film, 2009)
Şuşa yolu... (film, 2002)
Təkəlduz (film, 1985)
Tənha ruh (film, 1998)
Uşaq səadəti bayramı (film, 1980)
Üçüncü növbə (film, 1984)
Yaddaşın rəmzi. Quba-1918 (2012)
Yaşar olduğu kimi (film, 2001)
Zirzəmi (film, 1990)


Tarix: 06.02.2013 / 20:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 397 Bölmə: Aktyorlar
loading...