beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli Məmmədov (I)

Əli Məmmədov — Kaskadyor. Trük quruluşçusu. Aktyor. Döyüş səhnələrinin quruluşçusu. Filmlərdə iştirak edən.

Həyatı

Əli Fərhad oğlu Məmmədov 17 aprel 1965-ci ildə Naxçıvanda anadan olub.

7 yaşından etibarən boksla və şərq əlbəyaxa döyüş idman növü ilə məşğul olub. Boks üzrə 1979-cu ildə Naxçıvan şəhər birliyində 1-ci yerə layıq görülüb.

Həmçinin 1980-1981-ci ildə 2 qat Azərbaycan çempionu olub. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində təhsil alıb (1985-1989). 1989-cu ildə usta rəssam ixtisası üzrə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına cizgi filmləri sexinə təyinat alıb. 1990-cı ildə tövsiyə əsasında Qırgızıstanda yerləşən kaskadyorlar assosiasiyasına göndərilib. Döyüş və at üstündə yüksək səviyyədə təlimlər keçib, peşəkar kaskadyor lisenziyası alıb. Qırqıstandan qayıtdıqdan sonra “Azərbaycanfilm”-də tryukların quruluşçusu və kaskadyor kimi filmlərdə çalışmağa başlayıb. Əli Məmmədov Azərbaycan filmləri ilə yanaşı “Silah” (Rusiya, Tacikistan, serial, 2007), “Dənizçi” (Rusiya, 2007), Jurnalist (Rusiya, serial, 2006), “Tələbə” (Rusiya, 2005), “Qraf Krestofski” (Rusiya, 2002, serial), “Dronqo” (Rusiya, 2001, serial), “Məleykələr” (İran, 1990) adlı Amerika, Rusiya, İran, Tacikistan və Fransa filmlərində, həmçinin də bir çox musiqi kliplərində, reklamlarda tryuklar quruluşçusu və ifaçısı olub) . Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədridir.

Filmoqrafiya
Arxada qalmış gələcək (film, 2005)
Bir anın həqiqəti (film, 2003)
Cavad xan (film, 2009)
Cavad xan. filmin filmi. 5-ci veriliş (film, 2007)
Cavad xan. Filmin filmi. Ölümün zirvəsi. 2-ci veriliş (film, 2007)
Ci-Mi (film, 2008)
Dağıdılmış körpülər (film, 1996)
Doğma sahillər (film, 1989)
Əlavə təsir (film, 2010)
Fəryad (film, 1993)
Gecə qatarında qətl (film, 1990)
Girişmə, öldürər! (film, 1990)
Kaskadyorlar (film)
Kənar adamlar (film, 1992)
Köpək (film, 1994)
Qafqaz (film, 2007)
Qara "Volqa" (film, 1994)
Məşədi İbad-94 (film, 2005)
Nakəs (film, 1991)
Sahə (film, 2010)
Sirat körpüsü (film, 2007)
Son döyüş (film, 1996)
Şahid qız (film, 1990)
Yoxlama (film, 2006)


Tarix: 06.02.2013 / 20:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 300 Bölmə: Aktyorlar