beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aydın Əliyev (aktyor)

Aydın Əliyev — Azərbaycan aktyoru.

Həyatı

M .Füzuli adına Ordubad şəhər 8 illik internat məktəbində təhsil alıb. İrəvan kənd Təsərrüfatı Texnikumunu bitirib. Texnikumda oxuyarkən C. Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında Ş.Ələsgərovun "Ulduz" musiqili komediyasında- Müxbir, M.F.Axundzadənin "Sərgüzəşti Vəziri Xani Lənkəran" əsərində- Teymur ağa, C. Cabbarlının "Aydın" pyesi əsasında hazırlanmış tamaşada Aydın və Surxay obrazlarında çıxış etmişdir.

1975- 1982- ci illərdə İrəvan Teatrında, 1982- 1986 ilədək Şəki Dövlət Dram Teatrında, 1986- 1992 illərdə isə Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləmişdir və bu illər ərzində onlarla tamaşalarda müxtəlif səpkili rollar yaratmışdır.

1993- ildən Bakı Bələdiyyə Teatrında işləyir. O.Altunbayın "Tomris"ində- Odtəkin, Y.Anuyun "Medeya"da- Şah Krion, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir"də- Ruben, C.Məmmədquluzadənin "Ölülər" komediyasında- Mirbağır ağa, C.Cabbarlının "Dönüşü"də- Qüdrət Arslan, N.Nərimanovun "Nadir şah"ında- Mirzə Mehdixan, M.Məmmədovun "Dəli Domrul"unda- Əzrail, S.Rəşidinin "Mənim Ərdəbilim"ndə- Həşim ağa, M.F.Axundovun "Müsyo Jordan Dərviş Məstəli Şah"nda- Dərviş, A.Babayevin "Oğul"unda- Kölgə, A.Qurbaninin "Türk sancağı"nda- Armen, N.Hikmətin "Damokl qılıncı"nda- Komisyonçu, Ə.Əliyevin "Unutqanlıq qorxunc bəladır" tamaşasında- Aparıcı, H.Cavidin "İblis" tamaşasında- Elxan və onlarca repertuarda olan tamaşalarda müxtəlif səpkili, yaddaqalan rolların mahir ifaçısıdır.

Tamaşaçıların rəğbətini qazanan sənətkar, dövlət tərəfindən də qiymətləndirilmiş, 2002-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı verilmişdir.

Filmoqrafiya
Salur Qazanın evi talandığı boy (film, 2001)
Bir anın həqiqəti (film, 2003)
Ovsunçu (film, 2003)
Arxada qalmış gələcək (film, 2005)
Ərazi (film, 2005)
Yoxlama (film, 2006)
Biz qayıdacağıq (film, 2007)
Cavid ömrü (film, 2007)
Qovğalı kəndinin gecələri (film, 2008)
Prokuror (2008)
Azarkeş (2008)
Cavad xan (film, 2009)
Qaydasız döyüş (film, 2009)
Sonuncu dərviş (film, 2009)
İstanbul reysi (film, 2010)
Yaddaş (film, 2010)
Xoca (2012)
Dolu (film, 2012)
Sirr (serial, 2012)
Məhkumlar


Tarix: 31.01.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 371 Bölmə: Aktyorlar