beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İran-Kontras qalmaqalı

İran-Kontras qalmaqalı və ya İrangeyt (Uotergeyt qalmaqalının adına bənzətmə) — 1986-cı ilin sonlarında üzə çıxan və Reyqan administrasiyasındakı bəzi qüvvələrin İrana qarşı tətbiq olunmuş embarqoya baxmayaraq bu ölkəyə silah satması və ABŞ Konqresinin qadağasına məhəl qoymadan əldə olunmuş vəsait hesabına Nikaraquada hakimiyyətə qarşı döyüşən kontras silahlılarını maliyyələşdirməsi ətrafında qızışan siyasi qalmaqal.

Bu qalmaqal ciddi siyasi nəticələr doğurmadı və bu məsələ ilə bağlı olan bir çox faktlar hələ də açıqlanmamışdır. Qalmaqalla bağlı olaraq heç kim həbs edilmədi. Hətta bu əməliyyatın həyata keçirilməsində günahkar hesab olunan bəzi şəxslər sonradan ata və oğul Corc Buşların hakimiyyəti dövründə yüksək vəzifələrə təyin olunmuşlar. Onlardan ən məşhurları ABŞ-ın indiki müdafiə naziri Robert Geyts və 2001-2004-cü illərdə ABŞ-ın BMT-dəki səlahiyyətli nümayəndəsi, 2004-2005-ci illərdə İraqdakı səfiri, 2005-2007-ci illərdə ABŞ Milli Kəşfiyyatının direktoru və 2007-2009-cu illərdə Dövlət katibinin müşaviri olmuş Con Neqropontedir.

Nyu-York Tayms qəzetinin məlumatına görə ABŞ İran-Kontras əməliyyatı çərçivəsində İrana aşağıdakı silahları satıb:

20 avqust 1984 – 96 ədəd "BGM-71 TOW" – Tank əleyhinə idarəolunan raket kompleksi
14 sentyabr 1984 – daha 408 ədəd "BGM-71 TOW" raket kompleksi
24 noyabr 1984 – 18 ədəd "MIM-23 HAWK" – Təyyarə əleyhinə orta radiuslu raketlər
17 fevral 1986 – 500 ədəd "BGM-71 TOW" raket kompleksi
27 fevral 1986 – 500 ədəd "BGM-71 TOW" raket kompleksi
24 may 1986 – 508 ədəd "BGM-71 TOW" raket kompleksi, "MIM-23 HAWK" raketləri üçün 240 ədəd ehtiyat hissə
4 avqust 1986 – "MIM-23 HAWK" raketləri üçün ehtiyat hissələr
28 oktyabr 1986 – 500 ədəd "BGM-71 TOW" raket kompleksi


Tarix: 26.02.2015 / 18:34 Müəllif: Feriska Baxılıb: 218 Bölmə: ABŞ tarixi