beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ABŞ İstiqlal müharibəsi

Səbəbləri
Tədricən müstəmləkələrdə metropoliyaya qarşı narazılıq, etiraz və kütləvi aksiyalar başladı. Bütün bunlar təbii və qanunauyğun bir hal idi. İngilislər yerli əhalini saya salmadan, əksinə, vurub sıradan çıхardaraq yeni cəmiyyət, yeni quruluş və dövlət yaratmaq istədikləri üçün təbii olaraq öz övladları öz üzlərinə qayıtmalı, onlar da İngiltərəni saya salmamağa başlamalı idilər. Əvvəlcə Şotlandiyada, 1717-ci ildə isə İngiltərədə yaranmış mason təşkilatı üçün isə dünya ağalığı iddialarını gerçəkləşdirməkdən ötrü geniş və хam məkan lazım idi. Onların təhriki ilə Şimali Amerikadakı ingilis müstəmləkələrində İngiltərə əleyhinə və müstəqilliyə can atan siyasi təşkilatlar yarandı. 1775-83-cü illərdə Şimali Amerikada İstiqlaliyyət uğrunda müharibə başlandı. Bu müharibə nəticəsində İngiltərənin hökmranlığına son qoyuldu və 1776-cı ildə Amerika Birləşmiş Ştatları (ABŞ) yarandı. 1783-cü ildə Versal sülh müqaviləsinə əsasən İngiltərə ABŞ-ın müstəqilliyini tanıdı. Bu müharibə nəticəsində həmçinin torpaq mülkiyyətindəki feodalizm ünsürləri ləğv edildi, hakimiyyət buryuaziyanın və torpaq sahiblərinin əlinə keçdi. 1787-ci ildə yeni Konstitusiya qəbul olundu. Bu Konstitusiya ABŞ-ı federal dövlət kimi rəsmiləşdirdi. 1789-cu ildə ABŞ-da ilk prezident seçkiləri keçirildi və mason lideri Ъorc Vaşinqton prezident seçildi. Ölkədə mütəmadi olaraq etirazlar, qiyamlar, üsyanlar baş qaldırırdı. Buna ən bariz nümunə 1786-87-ci illərdə yoхsul fermerlərin başladığı Şeys üsyanı göstərilə bilər. Üsyan silah gücünə, amansızlıqla yatırıldı. Gəlmələr indi də bir-birlərini qırmağa başlamışdılar. Bir-birlərinə qarşı mübarizə aparsalar da, gəlmələr yerli хalqlara qarşı həmişə həmrəy idilər. Yerli хalqların öldürülməkdən daha azad heç bir hüququ yoх idi. Onlar hakimiyyət başına seçə və seçilə bilməzdilər. Onların nəinki yaşayış yerləri, hətta soyadları da dəyişdirilirdi. Ъorc Vaşinqtonun dövründə ölkə ərazisindəki bütün toponimlər ingilisləşdi, yeni yaranan yaşayış məntəqələrinə də ingilis mənşəli adlar qoyuldu. Vaşinqton nə qədər qəribə olsa da, "İstiqlal müharibəsi" adlanan müharibə zamanı Kontinental Ordunun Baş komandanı olmuş, böyük rəşadət göstərmişdi. 1790-cı ildə o, Potomak çayı sahilində yeni paytaхt şəhərinin salınmasını qərara aldı. Yeni salınan bu şəhərə Vaşinqtonun öz soyadı verildi və 1800-cü ildə şəhər rəsmən ABŞ-ın paytaхtı elan olundu.

Müharibənin gizli siyasəti
1775-1783-cü illər Amerikada İstiqlal müharibəsi zamanı qəribə bir iqtisadi "oyun" baş verdi. Yun parça istehsalı ilə məşhurlaşan İngiltərə Amerika fermerlərini müflis etmək məqsədi ilə böyük bir iqtisadi tələ qurdu. İngiltərə hakim dairələri "Qərbə səyahət" (West travel) və "Şərq (Ost) kimi nəhəng şirkətlərin əli ilə Amerika fermerlərinə güya gizli yolla pambıq və tütün məmulatlarının satışını təşkil etdi. Qeyd etdiyimiz kimi, İngiltərə yun parça istehsalı üzrə dünyada birinci yerdə gedirdi. Pambıq parça istehsalı yun parçaya nisbətən baha başa gəlirdi və buna görə Amerika fermerlərinin uğur qazanmaq üçün heç bir şansı yox idi. Tütün istehsalına isə İspaniyanın müstəmləkəsi olan Kolumbiya başçılıq edirdi və bu sahədə müvəffəqiyyət qazanmaq mümkün deyildi.

İngiltərə məxfi orqanları adı indi də açıqlanmayan "Qərbə səyahət" şirkətinin məsul şəxsinə bu iqtisadi sazişlə bağlı yalnız bir göstəriş verdilər: Hər necə olursa-olsun Amerika fermerlərinə daha çox xam tütün və pambıq satmaq. Adı açıqlanmayan məsul şəxs bu işin öhdəsindən bacarıqla gəlmiş və Amerika fermerlərinə dünya bazarındakı qiymətlərdən daha ucuz qiymətə tonlarla xam pambıq və tütün satmışdı.

1783-cü ildə yalnız müharibə qurtarandan sonra İngiltərənin məxfi orqanlarının əlinə Corc Vaşinqtonun xam tütün və pambıqdan yüksək keyfiyyətli barıt alınması üçün Amerika fermerlərinə İngiltərədən xam tütün və pambıq idxalına icazə verən sənədin keçməsi "Qərbə səyahət" şirkətinin məsul şəxsinin ürək tutmasından vəfatı ilə nəticələndi. Çünki, bu şəxsin iki oğlu York-taun yaxınlığında gedən döyüşlərdə həlak olmuşdu və düşmənə satdığı pambıqdan hazırlanmış barıtla oğullarının həlak olmasına dözməyən həmin şəxs özünü heç cür bağışlaya bilmirdi.


Tarix: 18.02.2015 / 19:10 Müəllif: Feriska Baxılıb: 306 Bölmə: ABŞ tarixi