beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qanayan Kanzas müharibəsi

Qanayan Kanzas müharibəsi (ing. Bleeding Kansas, ing. Bloody Kansas və ya ing. Border War) - 1854 - 1860-cı illərdə, Amerika Birləşmiş Ştatlarının Kanzas və Missuri ştatlarının sərhədlərində yerləşən şəhərlərdə, baş vermiş silahlı qarşıdurmalara verilən ad. Tərəflərdən biri quldarlığa qarşı olan abolisionistlər digər isə quldarlıq tərəfdarı olan quldarlar olmuşdur. Silahlı qarşıdurmalar, Kanzas ştatına hər iki tərəfin nəzarət etmək, istəməsi səbəbindən daha da şiddətlənmişdir. Döyüşlərə Qanayan Kanzas adını, Nyu-York Tribun qəzetinin müxbiri Hors Grilli vermişdir. Qanayan Kanzas döyüşləri ABŞ vətəndaş müharibəsinin başlanmasının əsas səbəblərindən biri olmuşdur.


Tarix: 26.02.2015 / 18:28 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: ABŞ tarixi