beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Apollon 8

Apollon 8 - Amerika Birləşmiş Ştatlarının 1961-ci ildə başlatdığı Apollon Proqramının 8-ci lahiyəsi idi. Apollon 8 əvvəlki proqramlarda olduğu kimi uçuş Saturn 5 roketi vasitəsi ilə həyata keçirilmişdi. Heyət 3 nəfərdən: Komandir Frank Borman, komanda modulu pilotu Ceyms Lovel və Ay modulu pilotu Uilyam Andersdən ibarət olmuşdu. Uçuş 21 dekabr, 1968-ci ildə həyata keçirilmişdi. Apollon 8 27 dekabr, 1968-ci ildə Sakit Okeannın şimalına dəniz enişi etmişdi.Maraqlı faktlar
Apollon 8 proqramı həm də kosmik gəminin uçuş trayektoriyasının 8 rəqəminə oxşaması ilə üst-üstə düşür.
Apollon 8 Ayın Yerdən görünməyən tərəfinə baş tutmuş ilk kosmik səyahət idi.
Apollon 8-in heyəti Yerin uzaqdan ilk dəfə olaraq tam şəklini çəkə bilmişdilər.


Tarix: 18.02.2015 / 18:58 Müəllif: Feriska Baxılıb: 172 Bölmə: ABŞ tarixi