Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baş dərisinin üzülməsi

Baş dərisinin üzülməsi (ing. Scalp) — ölü və ya sağ insanların baş dərilərinin ön və arxa hissədən kəsici-deşici alətlə üzülməsi.

Bu üsuldan daha çox Şimali Amerikanın yerli aborigen xalqı tərəfindən istifadə edilmişdir. Şimali Amerikada toplum tərəfindən qəbul edilmiş düşüncəyə görə Hindilər müharibədə öldürdükləri düşmənlərindən qənimət əldə etmək niyyəti ilə onların baş dərilərini üzərək özləri ilə aparırdılar. Ancaq iddia edilənin əksinə olaraq bu üsulun istifasinə Hindli döyüşçülər arasında nadir hallarda rast gəlinirdi. Bu adət Şimali Amerikada hələ formalaşmamışdan iki əsr əvvəl Avropada mövcud idi. Xüsusilə Fransa və Böyük Britaniyada edam cəzasına məhkum edilmiş şəxslərin edamından əvvəl müxtəlif işgəncələr verilir və yaşanan işgəncə prosesində məhkum edilən şəxsin baş dərisi üzülürdü. Bəzi Meksika və ABŞ (Arizona) ştatlarında keçmişdə düşmən münasibətlərdə olduqları qızıldərili skalpları üçün düşmənləri tərəfindən ödəmələr belə edilmişdir. ABŞ-da Hindulara qarşı sistemli şəkildə həyata keçirilən Hindu qətliamları zamanı hindular tərəfindən ağdərililərin baş dəriləri üzülmüşkən, 1782-ci ildə baş vermiş Gnadenhütten qətliamı zamanı ağdərililər tərəfindən Lenape hinduların baş dəriləri üzülmüşdür.
Tarixi
Baş dərisinin üzülməsinin ilkin nümunələrinə Şimali Amerika və Avropada hələ eramızdan əvvəl ki, illərdə rast gəlinmişdir. İndiki zamanda bəzi tarixçilər baş dərisinin üzülməsi adətinin Şimali Amerikaya sonradan gəlmiş Avropalılar tərəfindən gətirildiyi iddia edilsədə Avropalıların Yeni Dünyaya gəlmisindən çox əvvəl yerli hindli qəbilərin arasında belə bir adətin mövcud olmasına aid çoxlu sayda sübut mövcuddur. Xristofor Kolumbun Şimali Amerikanı kəşf edənə qədər orada yaşayan yerli əhali arasında az hallarda belə olsa istifadə edilən baş dərisinin üzülməsi adəti həmin dövrlərdə Cənubi Amerika yerliləri tərəfindən demək olar ki, istifadə edilməmişdir. Bu adət qəbilədən-qəbiləyə və bölgədən-bölgəyə müxtəliflikləri ilə fərqlənir. Şimali Amerikada yaşayan bəzi qəbilərinin başçıları qəbilə döyüşçülərinə döyüşdə öldürdükləri insanların baş dərilərini üzülməsini qadağan etsədə bir digərləri baş dərilərinin özləri ilə gətirilməsini şərt kimi irəli sürmüşdür.
XI əsrdə İngiltərənin cənub-qərbində yerləşən Vesseks qraflığının qraflarından biri Qoldvin düşmənlərinin öldürülməsindən sonra baş dəriləninin üzülməsinə göstəriş vermişdir. Altı əsr sonra XVII əsrdə Hollandlar və İngilislər bu adəti sərhəd boyunca yerləşən şəhərlərdə baş verən üsyan rəhbərlərinə qarşı həyata keçirmişdilər. Baş dərisinin üzülməsi yolu ilə şəxsin edam edilməsi insanlarda böyük qorğu və təlaş yaradırdı. Bu səbəbdən xüsusilə ingilislər nəzarəti altında olan torpaqlarda yaşayan qeyri-millətlərə zülm edən bölgə başçılarının gözünü qorxutmaq üçün onların baş dərilərini kütlənin qarşısında üzürdülər.
Müstəmləkə dönəmlərində tarixə məlum olan ən məşhur baş dərisinin üzülməsi hadisəsi, Puritan ingilis qadını Hannah Dustonun Şimali Amerikada yaşayarkən 1697-ci ildə az yaşlı qızı ilə birlikdə Abenaki hindularına əsir düşməsi və əsirlikdə qaldığı Abenaki ailəsinin gecə ilə bütün ailə fərdlərinin baş dərilərinin üzməsi ilə bağlıdır. İngilislər tərəfindən sonralar bir qəhraman kimi qəbul edilən Hannah Dustonun şərəfinə ABŞ-ın Nyu-Hempşir ştatının Boskaven şəhərində heykəl qoyulmuşdur. Həmin heykəldə Duston sol əlində Abenaki hindusuna məxsus üzülmüş baş dərisi tutarkən təsvir olunmuşdur. Hannah Duston eyni zamanda şərəfinə ABŞ-da heykəl qoyulmuş ilk qadın qəhraman hesab olunur. Hannah XIX əsr boyunca Şimali Amerikada Amerikada baş dərisi ovcularının anası (ing. mother of the American tradition of scalp hunting) olaraq adlandırılmışdır.

Qədim dövrlər
Germanlar, Slavyanlar və İrandilli xalqlarda olduğu kimi Hind-Avropa xalqlarında da baş dərisinin üzülməsi adətinin tarixən mövcud olduğunu göstərən bir sıra dəlillər mövcuddur. Eramızdan əvvəl V əsrdə Avrasiyada yaşayan Skiflərin belə bir adətə sahib olmaları barədə dövrünün tanınmış tarixçilərindən Herodot yazırdı:

"Skif əsgərləri üzülmüş baş dərilərini, başın ətindən ayıraraq əlləri ilə təmizləyir və yumuşaldırdılar. Yumuşalmış bu dərilərdən müxtəlif məişət işlərinin görülməsində istifadə edilirdi. Eyni zamanda Skiflərdə üzülmüş baş dərilərinin atların ön tərəfindən asılması və döyüşçülərin dizlənirə bağlanması kimi adətlərdə mövcud idi. Üzülmüş baş dərilərinin çoxluğu həmin döyüşçünün cəsarətini və nə qədər yaxşı döyüşçü olmasını göstərirdi."
Eramızın IV əsrində yaşamış və fəaliyyət göstərmiş Romalı tarixçi Ammianus Marcellinusun izahına görə Alanlarda baş dərisinin üzülməsi adəti geniş yayılmışdır. Alanların nəsilindən olduqları qəbul edilən Osetinlərin Folklorunda baş dərisinin üzülməsinə aid bir necə nağıl və əhvalat mövcuddur.

IX əsrdə yaşamış Abbat (Katoliklərdə aşağı dərəcəli dini rütbə) Emmanuel Domenikin qeydlərində Vesqotlar, Franklar və Anqlosakslar kimi toplumarın döyüş zamanı baş dərisinin üzülməsi kimi adətlərinin olduğunu göstərmişdir. X əsr tarixçisi və dilçisi Fredrik von Adelunqa görə, baş dərisinin üzülməsi Slavyan xalqlarında geniş yayılmışdır.

Koloniyalaşma dövrü
Baş dərisinin üzülməsi adəti Şimali Amerikada koloniyalaşma dönəmlərindən etibarən geniş şəkildə yayılmağa başladı. Bu zamana qədər yerli qəbilələr arasında nadir hallarada istifadə edilən üsulun istifadəsi Pilqremlərin Şimali Amerikaya gəlməsindən sonra artmışdır. Hindi tayfalarının əksəriyyəti İngiltərədən müxtəlif səbəblərə görə çıxmalı olan gəlmələrə qarşı mənfi münasibət bəsləyirdilər. ABŞ İstiqlal müharibəsinə qədər Şimali Amerikaya Avropadan gəlmiş ingilislər və ərazinin yerli əhalisi arasında baş verən döyüşlər zamanı baş dərisinin üzülməsi üsulundan əsasən hindu tayfaları istifadə etmişdir.

Pequot müharibəsində hindi tayfaları əsir götürdükləri gəlmələrin bir çoxunun baş dərisini üzmüşdür. 1760-cı illərin ortalarına qədər indiki ABŞ ərazilərində baş dərisinin üzülməsi müharibədə geniş istifadə edilsədə bu dövrə qədər məsələ ilə bağlı heç bir qanun qəbul edilməmişdi. Koloniyalaşma dönəmində baş dərisinin üzülməsi üsulunu fransızlar alovlandırmışdır. Belə ki, Şimali Amerikaya göndərilən fransız qarnizonları yerli hindilərlə danışığa gedərək döyüş zamanı öldürülən ağların baş dərilərini istəyirdilər. Bunun müqabilində Avropadan gətirilən müxtəlif bəzək əşyaları və silah alan hindilər yarım əsrə yaxın müddət ərzində muzdla baş dərisinin üzülməsi ilə məşğul olmuşdular. Buna cavab olaraq isə Britaniya İmperiyası Şimali Amerikada fəaliyyət göstərən bəzi muzdlu cinayətkarlara hindi baş dərilərinin gətirilməsi müqabilində pul vəd etmişdir.

Baş dərisinin üzülməsi prosesində alət kimi ənənəvi Hindi döyüş baltasından istifadə edilsədə sonralar bu silahı ingilis tacirlərin Avropadan gətirdikləri mətbəx bıçaqları əvəz etmişdir.

Baş dərisi rəqsi
Döyüş zamanı Hindi tayfaları döyüşdə öldürdükləri insanların baş dərilərini üzdükdən sonra, həmin dəriləri özləri ilə birlikdə kəndlərin aparırdılar. Döyüşdən qayıdan döyüşçülərin şərəfinə Baş dərisi rəqsi (ing. scalp dance) adlandırılan ritual həyata keçirilirdi.. Rəqs əsasən qadınlar tərəfindən icra edilirdi. Kayenlər, Aropahlar və Kayovlar kimi hindi qəbilələrində baş dərisi rəqsi daha məşhur idi. Baş dərisi rəqsi ən dəhşətli formada Komançi qəbiləsində icra edilirdi. Belə ki, Komançilər təkcə müharibədə öldürülən düşmən əsgərlərin yox eyni zamanda da uşaqlara və qadınlara məxsus olan baş dəriləri ilə belə ritual həyata keçirdirdilər.

Florida Hindilərindən olan Apalaçilərdə bir döyüşçünün qəbiləsinə düşmən baş dərisi ilə qayıtması onun cəsarətini və hünərini göstərirdi. Baş dərisinin üzmüş şəxs bununla da adını qəbilənin döyüşçüləri sırasına yazdırmış olurdu və qəbiləyə yeni bir döyüşçünün qoşulması da Baş dərisi rəqsi ritualı ilə həyata keçirilirdi. Apalaçilərdə belə rəqs rituallarını əsasən qəbilənin yaşlı nümayəndələri idarə edirdi və keçmiş döyüşçülər yeni döyüşçünün qəlməsi münasibəti ilə müxtəlif rəqs nömrələri göstərir və bir-biri ilə döyüşərək yeni döyüşçünü ruhlandırırdılar.

Hoçanak qəbiləsində qənimət olaraq ələ keçirilən düşmən baş dərisi ritual keçirilən meydancanın mərkəzində yerləşdirilən qazanın üstünə bərkidilirdi. Daha sonra ritual olaraq bütün gecə rəqs edilir və döyüşlərdə öldürülümüş keçmiş döyüşçülərin ruhları üçün dualar oxunurdu. Hoçanaklar Baş dərisinin ruhu (ing. soul of the scalp) olaraq adlandırdıqları ritualın əsas mahiyyətinə görə rəqslərdən sonra ölmüş döyüşçülərdən birinin ruhu qəbiləyə baş dərisini gətirmiş yeni döyüşcüyə keçirdi.

ABŞ-ın şimal tərəflərinin yarısından çoxusunu gəzmiş Lewis and Clark Expedition kəşf qrupu bir çox yerli hindi qəbilərində baş dərisi rəqsinin keçirildiyinə şahidlik etmişdir. Qrup belə rituallardan birini Lakota Suilərinin ritual gecəsində izləmişdir. Ucunda Omaha Hindi döyüşcüsünə məxsus olan üzülmüş baş dərisi ilə rəqs edən Lakota Suilərindən olan qadınlar, dairənin ətrafında dövrə vurarkən qəbilə kişilərinin döyüşdə göstərdikləri məharətlər və qəhramanlıqlar barədə müxtəlif nəğmələr oxuyurdular. Lakotalarılar Baş dərisi rəqsi üçün I-wa-ki-ci Wa-ci-pi terminindən istifadə edirdilər..

Müstəmləkə müharibələri
Yeni İngiltərə və müttəfiqləri olan İrokua Konfederasiyası və Yeni Fransa ilə müttəfiqləri olan Abanaki Konfederasiyası arasında yetmiş beş illik bir dönəmi əhatə edən müharibə dövrlərində bir çox baş dərisinin üzülməsi hadisəsinə rast gəlinmişdir. Bu müharibələrdə ən məşhur baş dərisinin üzülməsi hadisəsi Puritan ingilis qadını Hannah Dustonun Raid on Haverhill adlanan yerdə yeni dünyaya gəlmiş qızaı ilə birlikdə Abenaki hindilərinə əsir düşməsi ilə bağlıdır. Əsir düşdükdən sonra Hannah Duston bir gecə əsrlikdə olan digər iki ingilis qadın ilə birlikdə onları əsir götürən Abenaki hindi ailəsinin 10 fərdini öldürmüş və baş dərilərini üzmüşdür.

Massaçusetsdə baş verən Kral Vilyam müharibəsi zamanı (1689) baş dərisi mükafatı (ing. scalp bounty) adlı mükafat təyin olunmuşdur. 1703-cü ildə Kraliça Anna müharibəsi zamanı Massaçusets Körfəz Koloniyası tərəfindən hər üzülmüş düşmən baş dərisinə görə 60 $ mükafat təyin edilmişdir. 1722-ci ilin 8 avqust günü Father Rale müharibəsində Massaçusets hindilərinin ağlar tərəfindən üzülmüş baş dərilərinə görə mükafat verilmişdir. Con Lovel adlı şəxsin muzdlu döyüşçülərdən ibarət baş dərisi ovçularının olduğu məlumdur. Pul qazanmaq üçün qarşılarına çıxan hindilərin baş dərilərini qopardan qrupun ən məşhur ovu Nyu-Hempşir yaxınlığında baş verən Pequawket müharibəsi zamanı baş vermişdir.

Kral Corc müharibəsi zamanı Fransızlar və onlara müttəfiq olan hindi qəbilələrinin ingilis ailələrinə qarşı etdikləri amansız qətliamlara görə 1744-cü ildən etibarən öldürüləcək qadın və uşaqlarında daxil olduğu bütün hindilərin baş dəriləri üçün mükafat təyin etmişdir.


Tarix: 18.02.2015 / 18:54 Müəllif: Feriska Baxılıb: 309 Bölmə: ABŞ tarixi
loading...