Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

10 dəqiqəyə hazırlanan salat

Həm sağlamlıq, həm də madiyyat baxımından çoxumuz mağazada satılan hazır qidalardansa, ev mühitində hazırlanmış yeməkləri üstün tuturuq. Bu sahədə hər birimizin əl qabiliyyəti eyni səviyyədə olmasa da, 2-3 asan hazırlanan yemək var ki, onu hazırlamağı əksər kişilər bacarır. Əziz kişilər, bu dəfə biz də sizə asan başa gələn yeməklərdən daha birinin hazırlanma qaydası haqqında məlumat vermək istəyirik. Buyurun bu bol viatminli, əsil qış salatının resepti ilə tanış olun.

Salatı hazırlamaq üçün bizə lazımdır:
Bir ədəd xiyar;
Bir ədəd pomidor;
Bir dəstə kahı;
Bir ədəd kök;
İki ədəd Çuğundur;
Yarım gül kələmi;
İki-üç budaq şüyüd;
İki-üç budaq cəfəri;
Üç qaşıq zeytunyağı;
Bir qaşıq sirkə;
Zövqə görə duz.

Bütün bu ərzaqları ətrafımıza topladıqan sonra artıq salatı hazırlamağa başlaya bilərik.

Əvvəlcə çuğundurların qabıqlarını soyub duzlu suda yumuşalana qədər qaynadır, yumuşaldıqdan sonra isə suyun süzüb doğrayırıq. Daha sonra gül kələmini çiçək-çiçək ayırır və duzlu suda qaynadırıq. Ardıcıl olaraq xiyar və pomidoru soyub doğrayır, kökü təmizləyib rəndədən keçiririk. Kahını, cəfəri və şüyüdü təmizləyib doğradıqdan sonra bu ərzaqları dərin bir qaba tökərək üzərinə duz, zeytunyağı və sirkə əlavə edib qarışdırırıq. Sonda isə salatı cəfəri və şüyüdlə bəzəyərək süfrəyə təqdim edirik.
Nuş olsun!


Tarix: 07.01.2015 / 12:13 Müəllif: Aziza Baxılıb: 98 Bölmə: Aşbaz Abbas
loading...