beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişi kimi borş

Əziz kişi aşbazlarımız, bildiyiniz kimi yaz fəsli olsa da, hələ ki, soyuq havalar davam edir. Hələ də qış yeməklərindən doymayanlar üçün bu dəfə borşun hazırlanma qaydasından danışmaq istəyirirk.

Bunun üçün bizə lazımdır:
1 kq sümüklü mal əti
1 ədəd kələm
1 ədəd çuğundur
2 ədəd yerkökü
2 xörək qaşığı tomat
3 ədəd kartof
1 baş soğan
3-4 dəfnə yarpağı
2 dəstə cəfəri
Bitki və ya kərə yağı
Duz
İstiot

Hazırlanması:
Əti o qədər də xırda olmayan hissələrə bölüb qazana yerləşdiririk. Qazana yarısına qədər su töküb onu qaynadırıq. Ət qaynamağa başladığı zaman kəfini yığmağı unutmuruq. Ət nə qədər çox bişsə, yemək bir o qədər dadlı olar. Buna görə də onu saat yarım kimi qaynadırırq.
Ət qaynadığı zaman biz digər tərəvəzləri hazırlayırıq. Soğanı xırda-xırda doğrayır, çuğundur və yerkökünü sürtkəcin iri dişindən keçiririk. Kələmi nazik-nazik doğrayıb, kartofları soyub kubik formasında doğrayırıq.
Əvvəlcə tavada yağı qızdırıb soğanı bu yağda az bişirir, daha sonra çuğundur və yerkökünü soğana əlavə edirik. 10 dəqiqə kimi bu tərəvəzləri bişirdikdən sonra tavaya tomat, duz, istiot əlavə edirik. Bişirdiyimiz bütün tərəvəzləri, həmçinin doğranmış kələm, kartof və cəfərini də ət qaynayan qazana əlavə edirik. Bu qarışığı 25 dəqiqə ərzində kələm və kartof yumuşalanadək bişiririk. Sonda isə hazır yeməyi süfrəyə təqdim edirik.
Nuş olsun!


Tarix: 07.01.2015 / 12:12 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Aşbaz Abbas