beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dadlı pizza resepti

Yemək hazırlamaq üçün vaxtımızın olmadığı zamanlarda üz tutduğumuz əsas hazır qidalardan biri də pizzadır. Pizzanın digər hazır qidalardan əsas üstünlüyü daha doydurucu olmasıdır. Biz də bu dəfə sizinlə hamımızın evdə hazırlaya biləcəyimiz dadlı pizza reseptini bölüşmək istəyirik.

Pizzanın xəmirini hazırlamaq üçün bizə lazımdır:

2 stəkan yarım un
2 çay qaşığı maya
1 çay qaşığı duz
yarım çay qaşığı şəkər tozu
1 stəkan ilıq su
2 xörək qaşığı zeytun yaği

İçlik üçün lazımdır:

2 pomidor
2 bibər
Toyuğun doş əti
Pendir

Sous üçün lazımdır:
İstiot
Duz
Rəndədən keçirilmiş iki pomidor

İndi isə hazırlamağa başlayaq: İlk olaraq ilıq suya maya və şəkər tozunu əlavə edib qarışdırır onu 15 dəqiqə kimi otaq temperaturunda saxlayırıq. Daha sonra bu qarışığa un, yağ və duz əlavə edib xəmiri yoğurmağa başlayırıq. Unu tökərkən bir az diqqətli olmaq lazımdır. Çalışın ki, xəmir çox bərk olmasın. Əgər bərk olarsa, bir neçə qaşıq su əlavə edib yenidən xəmiri yoğurun. Yoğurduqdan sonra bir saat kimi onu isti otaqda saxlayın. Bu müddət ərzində xəmirin içi üçün lazım olan ərzaqları dördkünc formada doğrayın. Bir saatdan sonra xəmirdən iki kündə hazırlayıb yayın. Xəmirin üzərində pomidor sousun gəzdirib bir az əvvəl doğradığınız içliyi sıra ilə düzün. Son olaraq rəndədən keçirilmiş pendiri pizzanın üzərinə əlavə edib onu 200 dərəcə istilikdə 30 dəqiqə bişirin. Yarım saatdan sonra pizzanız hazırdır.

Nuş olsun!


Tarix: 07.01.2015 / 12:10 Müəllif: Aziza Baxılıb: 109 Bölmə: Aşbaz Abbas