Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Aşbaz AbbasQiymə souslu makaronun hazırlanması

Bəzən qadınlar deyir ki, biz bir gün olmasaq, kişilər aclarından nə edəcəklərini bilməz. Çünki kişilər yemək bişirməkdə heç də mahir deyillər. Təbii ki, dünyanın ən yaxşı aşbazlarının məhz kişi olması aksiomu bu fikirləri alt-üst edib. Ancaq bəzi qadınlar bütün bunlara baxmayaraq, hələ də öz fikirlərindən daşınmamaqda israrlıdırlar. Biz də bu dəfəki “Aşbaz Abbas” bölməmizdə çox az ehtimal olunmasına baxmayaraq, bəzi kişilərin dadlı yemək bişirə bilməməsi “təhlükəsini” nəzərə alıb yeni bir dadlı, ləzzətli yemək reseptini Sizinlə bölüşürük. Buyurun, tətbiq edin və xanımınızı sözün hər mənasında təəccübləndirin.

Beləliklə, tez hazırlanan qiymə souslu makaron.

Qiymə souslu makaron hazırlamaq elə də çətin iş deyil. Adi makaron süzməyi Ardı »

Aşbaz AbbasFəsilə uyğun salat

İsti havalarda mümkün olduğu qədər ağır, yağlı yeməklərdən uzaq durmağa çalışırırq. Bu zaman əsasən yüngül, bol tərəvəzli qidalara üstünlük veririk. Havaların get-gedə istiləşməsini nəzərə alaraq elə biz də bu dəfə sizinlə asan hazırlanan və bu fəsilə tam uyğun, bol tərəvəzli bir salatın reseptin bölüşməək istəyirik.

Yaz salatının hazırlanması üçün bizə lazımdır:
200 qram ağ pendir
100-150 qram suxarı
1 ədəd kahı
Keşniş, şüyüd, göy soğan
Mayonez
Zövqə görə duz
Hazırlanması:

Əvvəlcə göyərtiləri (keşniş, şüyüd, göy soğanı) xırda-xırda, kahını isə digər göyətilərə nisbətən daha qalın formada doğrayırıq. Pendiri də kubik formasında doğradıqdan sonra qabın içinə ilk olaraq kahı yarpaqlarını və yerdə qalan ərzaqların hamısını əlavə edib qarışdırırıq. Sonda mayonezi və duzu Ardı »

Aşbaz AbbasKişilər üçün kakaolu keks

Kişilərin böyük hissəsi şirniyyatı sevir. Bu danılmaz həqiqətdir .Çox hallarda mağazalarda satılan hazır şirniyyatlara üstünlük versək də, mütəxəssislərin sözlərinə görə, bu kimi qidalar orqanizm üçün zərərlidir. Çünki hazır şirniyyatların uzun müddət öz görünüşünü qoruyub saxlaması üçün onlara mənşəyi bilinməyən müxtəlif kimyəvi maddələr əlavə edilir. Buna görə də ən məqsədəuyğun variant öz sevimli şirniyyatınızı özünüzün hazırlamağınızdır. Elə bu məqsədlə də indi sizinlə bəyənəcəyinizi düşündüyümüz bir şirniyyatın reseptini bölüşmək istəyirik.

Kakaolu keks hazırlamaq üçün bizə lazımdır:
200 qram kərə yağı
5 xörək qaşığı kakao
4 ədəd yumurta
1 stəkan şəkər tozu
Yarım qaşıq toz vanil
180 qram un
1 çay qaşığı qabartma tozu
Şəkər pudrası

Hazırlanması: Əvvəlcə kərə yağını sobada əridib soyuması üçün Ardı »

Aşbaz AbbasKişilər bu yeməyi daha asan hazırlayır

Ən asan hazırlanan və ən doyumlu yemək hesab edilən düyü şorbasının reseptini sizinlə bölüşürük.
Bunun üçün bizə lazımdır:

4 yemək qaşığı təmizlənmiş düyü;
1 diş sarımsaq;
1 yemək qaşığı un;
1 yemək qaşığı qatıq;
1 yemək qaşığı kərə yağı;
1 çay qaşığı nanə və duz.

Hazırlanması:
Qazanda yağı qızdırdıqdan sonra ərzaqları ora əlavə edirik. Onları qızardıb üzərinə su, daha sonra isə duz tökürük 20-30 dəqiqə qaynadıqdan sonra artıq yeməyimiz servis edilməyə hazırdır.

Bəli, bu qədər asan! Nuş olsun! Ardı »

Aşbaz Abbas15 dəqiqəyə hazır olan gürcü xəngəli

Yəqin ki, xəngəli sevməyən kişi tapılmaz . Xüsusən də gürcü xəngəli demək olar ki, bütün kişilərin sevimli yeməyidir. Evdə bu yeməyin hazırlandığı günlər bizim üçün əsil bayrama çevrilir.
Kişilər, bəs heç nə vaxtsa özünüz gürcü xəngəli hazırlamaq haqqında düşünmüsünüz? Əgər bunu hələ də sınamamağınıza səbəb işin çətinliyindən qorxmağınızdırsa, buna görə narahat olmayın. Bu dəfəki məqalədə sizə bu dadlı xəmir xörəyinin hazırlanma qaydası haqqında məlumat verəcəyik.

Gürcü xəngəlinin xəmirini hazırlamaq üçün bizə lazımdır:
• 3 stəkan un
• 1 stəkan su
• 1 yumurta
• duz

Xəmirin içini doldurmaq üçün lazımdır:
• 250 qr. yağlı qoyun əti
• 200 qr. mal əti
• 3 baş soğan
• qırmızı və qara istiot
• su, duz

Əvvəlcə Ardı »

Aşbaz AbbasKişi kimi borş

Əziz kişi aşbazlarımız, bildiyiniz kimi yaz fəsli olsa da, hələ ki, soyuq havalar davam edir. Hələ də qış yeməklərindən doymayanlar üçün bu dəfə borşun hazırlanma qaydasından danışmaq istəyirirk.

Bunun üçün bizə lazımdır:
1 kq sümüklü mal əti
1 ədəd kələm
1 ədəd çuğundur
2 ədəd yerkökü
2 xörək qaşığı tomat
3 ədəd kartof
1 baş soğan
3-4 dəfnə yarpağı
2 dəstə cəfəri
Bitki və ya kərə yağı
Duz
İstiot

Hazırlanması:
Əti o qədər də xırda olmayan hissələrə bölüb qazana yerləşdiririk. Qazana yarısına qədər su töküb onu qaynadırıq. Ət qaynamağa başladığı zaman kəfini yığmağı unutmuruq. Ət nə qədər çox bişsə, yemək bir o qədər dadlı olar. Buna görə də onu saat yarım kimi qaynadırırq.
Ət qaynadığı zaman biz Ardı »

Aşbaz AbbasPomidor yumurta ehtirası artırır

Subay və ailəsindən ayrı yaşayan kişilərin əsas dərdi- yemək bişirmək. Axşam işdən evə qayıdanda qarşında bir qab isti yemək görməkdən daha böyük xoşbəxlik varmı, görəsən?! Amma, əziz kişilər, siz sultanlığınızı uzun müddət davam etdirmək fikrindəsinizsə, bu mövzuda narahat olmağa dəyməz. Kişi. az ailəsi mütəmadi olaraq sizinlə asan hazırlaya biləcəyiniz yemək reseptlərini paylaşmağa çalışacaq.
Elə bu dəfə də sizinlə reseptini bölüşmək istədiyimiz yemək- pomidor yumurta olduqca asan hazırlanan və tez başa gələn yeməklərdən hesab edilir. Onu bişirməyə başlamazdan əvvəl istifadə edəcəyimiz ərzaqların əhəmiyyətindən danışaq. Bilirsiniz ki, pomidor, bibər və xiyar ən çox ehtiras yaradan tərəvəzlərdən hesab edilir? Xəbəriniz olsun ki, pomidor yalnız vücudunuzda Ardı »

Aşbaz AbbasTürk dovğası-Yayla çorbası

Bu şorba hər nə qədər dovğaya oxşasa da, tərkibində olan göyərtilərə görə dovğadan fərqlənir. Belə ki, yayla şorbasında şüyüd, keşniş yox quru nanədən istifadə edilir.

Tərkibi:
4 stəkan qatıq
5 stəkan su
1 ədəd yumurta
3 xörək qaşığı un
Stəkanın 4/1-i qədər düyü
3 xörək qaşığı kərə yağı
1 yemək qaşığı quru nanə (nanə nə qədər xırda olsa, o qədər yaxşıdır. Buna görə nanəni ovun)
Zövqə görə duz, istiot

Hazırlanması:
Qatıq, su, yumurta, un və düyünü eyni qaba töküb yaxşı qarışdırın. Daha sonra qarışığı yemək bişirmək üçün nəzərdə tutduğunuz qazana əlavə edib sobaya qoyun. Orta odda taxta qaşıqla dayanmadan qaynayana qədər qarışdırın, Düyünün bişdiyinə əmin olandan sonra qazanı oddan götürün. Ovulmuş nanəni, Ardı »