Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ŞirniyyatlarAğ ganajlı keks

Ağ ganajlı keks

MATERİAL SİYAHISI:

3 yumurta
1 su s. Toz şəkər
1 su s. Süd
1 su s. Duru yağ
1 su s. Toz fındıq
1 pk. Qabartma tozu
1 pk. Vanil
Ustasından un ölçüsü

ÜZƏRİ ÜÇÜN:

1 su s. Ağ şokolad
1 pk. Krem
Yaşıl fıstıq

İÇİ:

Yumurtaları qarışdırma qabına qırırıq. Şəkər tozu əlavə edirik və mikserlə yaxşıca köpüklənən qədər çalırıq. Südü və duru yağı töküb çalmağa davam edirik. Toz fındığı, qabartma tozunu, vanili və 6 xörək qaşığı ilə unu qoyuruq.Keksin içinə kərə yağı yağlayırıq. Keks xərcini içinə tökürük. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk. Keks-imiz qabaranda Ardı »

ŞirniyyatlarTrüfel tortu

Ərzaqlar:

170 qram acı şokolad (59-70% kakao)

170 qram kərə yağı

250 qram şəkər tozu

3 ədəd yumurta

125 qram un

1 ç.q. qabartma tozu

bir çimdik duz

Krem üçün:

25 qram şokolad

50 ml qaymaq (35%)

Trüfel üçün:

150 qram şokolad

70 ml qaymaq (35%)

2 x.q. kakao

1 x.q. şəkər pudrası

Şirə üçün:

50 qram acı şokolad

70 ml qaymaq (35%)

1 x.q. şəkər pudrası

Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün: əridilmiş şokoladın üzərinə xırda doğranılmış kərə yağı töküb, buxarda istilədərək, əridin. Sonra üstünə şəkər tozu əlavə edib, həll olunana qədər qarışdırın. Soyutmaq üçün kənara qoyun. Sonra üstünə tədricən yumurtaları əlavə edib, qarışdırın. Unu qabartma tozu ilə qarışdırıb, şokoladlı qarışığın içinə tökün.

Diametri 26 santimetr olan yumru tort formasını yağlayın Ardı »

ŞirniyyatlarBalqabaqlı keks

Tərkibi (20 ədəd üçün):

300 q təmizlənmiş balqabaq
150 q kərə yağı
150 q şəkər
3 yumurta
1 limon
2 ç.q. qabartma tozu və ya 1 ç.q. soda
200-250 q un
istəyə görə:
qlazur
şokolad
boranı tumu


Boranını sürtgəcin orta gözündən keçirin. Əgər suyu çox çıxsa, süzün. Limonun sedrasını ayırın (qabığını sürtgəcdən keçirin), suyunu sıxın, təxminən 50 ml limon şirəsi lazımdır. Yağı şəkərlə qarışdırın. Yumurta əlavə edib çalın. Limon şirəsi əlavə edib qarışdırın. Sedra, boranı əlavə edib qarışdırın. Qabartma tozu və un da əlavə edib yumşaq xəmir yoğurun. Xəmiri formalara doldurun. Çox doldurmayın, 2-3 sm qalınlıqda yetərlidir. 180 dərəcə qızdırılmış sobaya qoyun. 25-30 Ardı »

ŞirniyyatlarQozlu Ay Çörəyi

Ərzaqlar:
Üzəri üçün:



1 yumurta sarısı
2 xörək qaşığı susam
mayalı xəmir
4.5 stəkan un
3 çay qaşığı toz maya
2 qəhvə fincanı marqarin .
1.5 qəhvə fincanı şəkər tozu
1/2 stəkan ilıq süd
2 yumurta
1/2 çay qaşığı duz
İçi üçün:

5 stəkanı əzilmiş badam, fındıq
2.5 stəkan şəkər tozu
2 çay qaşığı kakao
1 stəkan əzilmiş qoz
1 stəkan doğranmış quru üzüm
1 çay qaşığı darçın
2 yumurtanın ağı
Hazırlanması:

Mayalı Xəmiri hazırlayıb üzərini təmiz bir dəsməlla örtün .
20-25 dəqiqə isti bir mühitdə istirahət verin.
Xəmirdən qoz böyüklüyündə parçalar ayırın və hər birini oxlovla ilə ovuc içi böyüklüyündə açın.
İçlik üçün olan ərzaqların hamısını qarışdırın. Qoz böyüklüyündə parçalar hazırlayıb kiftə şəkli verin.
Açdığınız xəmirlərin ortasına hazırladığınız içliyi yerləşdirin. Xəmiri rulet şəklində büküb Ardı »

ŞirniyyatlarUşu Amana

Ləvazimatlar:

Un – 1 kq

Kərə yağı – 500 q

Şəkər tozu – 50 q

Yumurta – 5 ədəd

Maya – 50 q

Su – 100 q

Küncüd

Çörəkotu

Duz

Ətli içlik üçün:

Can əti – 500 q

Baş soğan – 2 ədəd

Duru yağ – 50 q

Zirinc – 20 q

Yumurta sarısı – 1ədəd

Keşniş, şüyüd

Duz və qırmızı istiot

Pendirli içlik üçün:

Pendir – 150 q

Yumurta sarısı – 1 ədəd

Cəfəri

Hazırlanma qaydası
1.Ətli içliyi hazırlamaq üçün: can əti baş soğanla birlikdə ətçəkən maşınından keçirilib duru yağda qovrulur. Üzərinə xırda doğranılmış göyərti, zirinc, duz, istiot və yumurtanın sarısı əlavə edilib odun üzərindən götürülür.
2.Pendirli içliyi hazırlamaq üçün: Sürtgəcdən keçirilmiş pendirin üzərinə xırda doğranılmış cəfəri və yumurtanın sarısı Ardı »

ŞirniyyatlarRaffaello tortu

Ərzaqlar:

Xəmir üçün:

2 ədəd yumurta
1 stəkan şəkər tozu
2 büküm vanil şəkəri
200 qram qaymaq (yağlılığı 30%)
2 stəkan un
1 büküm qabartma tozu

Krem üçün:

200 qram xama (yağlılığı 20%)
200 qram qaymaq
3/4 stəkan şəkər tozu
3 büküm vanil şəkəri

Iç üçün:

200 грамм moruq, çiyələk
5-6 ədəd “Raffaello” konfetləri
Tortu bəzəmək üçün:
“Raffaello” konfetləri
1 paçka kokos ovuntusu

Hazırlanma qaydası:
2 yumurta, 1 stəkan şəkər tozu və 2 büküm vanil şəkərini qarışdırıb, yaxşıca çalın. Üzərinə 200 qram qaymaq əlavə edib, yenidən çalmağa davam edin. Sonra 2 stəkan un, 1 büküm qabartma tozu əlavə edib, yenidən qarışdırın.
Xəmiri əvvəlcədən yağlanmış xüsusi forma qabına Ardı »

ŞirniyyatlarNapoleon Tortu (resept)

NAPOLEON TORTU

Xəmir Üçün:
200 q soyuq kərə yağı - iri-iri doğrayın
4 stəkan un
1 yumurta
1 stəkan xama

Krem Üçün:
3 yumurta
1 stəkan yarım şəkər tozu
6 xörək qaşığı un və ya qarğıdalı nişastası (qaşığı çox doldurmayın)
4 stəkan süd
200 q kərə yağı



Əvvəlcə kremi hazırlayın. Kasada yumurta və şəkəri bir az rəngi açılana qədər çalın. Alınan kütləni bir qazana boşaldın. Üstünə un və südü əlavə edin və yaxşıca qarışdırın kı, un açılsın. Sonra bu kütləni orta odda qarışdıra-qarışdıra qatılaşanadək bişirin, təxminən 6-7 dəqiqə. Kənara çəkin. Qoyun bir 10 dəqiqə soyusun. Sonra üstünə kərə yağını əlavə edib krem halına gələnədək mikserkə Ardı »

ŞirniyyatlarBadam bura

Əla növ buğda unu – 390q,

xama - 225q,

badam – 210q,

şəkərtozu – 210q,

şəkər kirşanı – 26q,

bitki yağı - 110q,

hil – 2q,

çay sodası – 0,5q.


Una xama və çay sodası qatılaraq xəmir yoğrulur və 20-25 dəqiqə saxlanılır. (Bəzən xəmir maya ilə hazırlanır) . Xəmir 504 mm qalınlığında yayılır və ondan diametri 8 sm olan formalar kəsilir. Bunların üzərinə 15-20 qram xırdalanmış badam və şəkər tozundan hazırlanmış iç qoyulur. Ətirləndirmək üçün isə hil qatılır. Xəmirin kənarları birləşdirilərək pirojki formasına salınır. Badam-bura bitki yağı firityurunda qızardılır və soyuduqdan sonra üstünə şəkər kirşanı səpilir. Ardı »