Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarMescide Getmirsenmi?

Yolda qarşılaşdığımız zaman azan verilirdi. -Gəl gedək məscidə.Yəqin bilirsən bu gün cümədir. -Bilirəm.Amma onu da bilirsən ki, mən heç vaxt məscidə getmirəm. -Məscidə getmədiyini bilirəm.Amma çoxdandır bunun səbəbini axtarıram.Həqiqətən, maraqlıdır, məscidə niyə getmirsən? -Nə bilim!Özün bilirsən ki, geyim həvəskarıyam.Düşünürəm ki, məsciddə oturarkən bütün fikrim geyimimdə olacaq.Həm də şalvarın yerə sürtülüb,rənginin pozulmasından qorxuram. Qeyri ixtiyari gülməyə başladım:
-Hər halda zarafat edirsən, bunun üçünmü məscidi tərk etmisən?Bəs həyatında heç olmasa bir dəfə də olsa məscidə getməmisənmi? -Uşaq ikən bir dəfə babam ilə getmişdim.Amma artıq inanmıram ki, nə vaxtsa məscidə gedəcəm. Söylədikləri məni dəhşətə gətirmişdir.Bir qədər getdikdən sonra ayrıldıq. Bu hadisədən iki ay keçmişdir.Onun Ardı »

Maraqlı melumatlarDərdsiz Dua Soyuqdur..

Biri hər gecə qalxıb ALLAHı xatırlayır, Ona dua edərdi..
Şeytan ona dedi:
- Ey davamlı ALLAHı anan adam! Bütün gecə ALLAH deyib çağırmağına, yalvarmağına qarşılıq səni buyur edən varmı ki?
Sənə bir tək cavab belə gəlmədi, daha nə zamana qədər belə yalvarıb dua edəcəksən?
Adamın könlü qırıldı, başını yerə qoydu və hüzn içində yatdı..
Yuxusunda ona belə deyildi:
-- Özünə gəl oyan! Niyə duanı, zikri buraxdın? Niyə yoruldun?
Adam:
- 'Buyur' deyə bir cavab gəlmir ki.. Artıq qapıdan qovulmaqdan qorxuram, dedi..
Bunun üzərinə ona deyildi:
-Sənin ALLAH deməyin, Onun buyur deməsi sayəsindədir.. Sənin yalvarışın, ALLAHın sənin ruhuna xəbər uçurmasındandır. .Sənin səylərin, çarələr axtarman, ALLAHın səni özünə yaxınlaşdırması, ayaqlarındakı bağları həll etməsindəndir.. Ardı »

Maraqlı melumatlarQuran sənin lehinə və yaxud əleyhinə olan bir dəlildir

Muslimin mötəbər bir hədis kimi rəvayət etdiyi bu sərlövhə Quranı oxuyanları iki hissəyə ayırır

Quranı oxuyan və qiyamət günü Quranın onun lehinə dəlil gətirəcəyi şəxs, Quranın hökmlərini yerinə yetirən, qoyduğu qadağalardan uzaq duraraq halalını halal, haramını haram qəbul edən, Qurana müvafiq olaraq hökm verən, onun hökmünə tabe və razı olan, Uca Allahın: "Ya Peyğəmbər! Bu Quran sənə nazil etdiyimiz mübarək bir Kitabdır ki, insanlar onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ibrət alsınlar!" (Sad, 38/29) buyruğuna əməl edərək, onun başa düşülməsi üstündə yaxşıca fikirləşən, onu çoxluca oxuyub əzbərləyən, başqasından dinləyən, bilavasitə Qurani Kərimə dair verilişlər yayan radiolardan, Sıddıq Minşəvi, Husari Ardı »

Maraqlı melumatlarBÜTÜN GÜNAHLARIN TÖVBƏ İLƏ MÜALİCƏSİ

Tövbənin mənası və hökmü:
Tövbə lüğəvi mənada dönüş, dini istilahı isə günahdan dönüş deməkdir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur ki, “Günahdan dönüş o deməkdir ki, ona bir daha qayıtmayasan”. Hədisi Beyhaqi “Süən” əsərində qeyd etmişdir. Müsəlmanın işlətdiyi hər bir günaha və asiliyə görə tövbə etməsi vacibdir...

Tövbə həycana, psixi gərginliklərə və sarsıntılara yol açmış günah zincirindən xilas edən məlhəmli dərman kimidir. O, günah duyğularını sakitləşdirən hissi boşluqdan sonra ruhun rifahına kömək edir. Bu da şəriətin gözəlliklərindən biridir. Onun səmərəsi Allah sübhənahu və taalaya itaət, əsl şəxsiyyətin yenidən qurulması və günahın rəzilliyinin məhv etdiyi özünə inmadır. Hər bir Adəm Ardı »

Maraqlı melumatlarDÖVLƏTİ VƏ MİLLƏTİ YIXAN DİNSİZLİK TƏHLÜKƏSİ

Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə əxlaqi və ailəvi dəyərlər zamanla etibarlığını itirər. Yaxşılıq və pislik anlayışları fərdi mənfəət və çıxarlara görə şəkillənməyə başlayar. Bu səbəblə də zaman içində rüşvət, oğurluq və dövlətə itaətsizlik kimi əxlaqdan uzaq davranışlar yayılaraq dövlətin və millətin təhlükəsizliyini və bütünlüyünü hədələyən bir ünsür halına gəlir.

Bir milləti bir yerdə tutan, dövləti güclü edən ən əhəmiyyətli ünsürlərdən biri mənəvi dəyərlər və din əxlaqıdır. Keçmişi və mədəniyyəti nə qədər qədim olsa da mənəvi və dini dəyərlərin zəifləməsi, bir cəmiyyətdə pis işlərin baş göstərməsini, anarxiyanın ortaya çıxmasını, daha sonra da bölünməyi və yox olmağı qaçılmaz bir hala gətirər. Tarix güclənib, yüksəlib, zənginləşib, Ardı »

Maraqlı melumatlarPəncərədən gələn səs

Pəncərədən gələn səs.

Otağın divarındakı bəyaz rəngin ahəngini dini bir tablo və qonşu binadan düşən işığın əks etdirdiyi pərdənin kölgəsi pozurdu. Gözünə yuxu getmədiyi üçün tabloya gözünü zilləyərək düşünürdü. Ötən günün və günlərin hesabatını verirdi...

Nə etdim bu gün mən? Necə keçdi günüm? Günah işlətdimmi? Kiməsə bir yaxşılığım oldumu?... Maddi sıxıntısı olan iş yoldaşına yardım edə bilməmişdi, amma istəyərək yox. Tələbənin təklif etdiyi rüşvəti qəbul etməmişdi. Deyəsən bu gün etdiyi ən yaxşı iş idi, hə əlbəttə bir də xırda bir şey - yerə yıxılıb qalxması üçün kömək istəyən yaşlı qadına kömək etmişdi. Daha bir sadə günü geridə qoymuşdu. Keçmiş artıq keçmişdir deyib, əvvəlki Ardı »

Maraqlı melumatlar20 DƏQİQƏ QANUNU

20 dəqiqəyə heç etmək istəmədiyiniz istənilən hərəkətə dözmək (davam gətirmək) mümkündür. Nəyisə etmək üçün, tənbəlliklə mübarizə aparmaq və şəxsi motivasiyanı yüksəltmək üçün bu yaxşı üsuldur.

20 dəqiqə qanunu

Hər gün 20 dəqiqə idmanla məşğul olan kəsin, sağlamlığı barədə narahat olmasına dəyməz.

Gün ərzində evinin təmizliyinə 20 dəqiqə vaxt ayıran kəsin, səliqəsizlik barədə nigaran olmağına dəyməz.

Gün ərzində fikrin bir yerə cəmlənməsinin yaxşılaşdırılmasına 20 dəqiqə vaxt ayıran kəsin, yaradıcılıq böhranı barədə narahat olmağına dəyməz.

Gün ərzində ərinin və ya arvadının işləri haqqında axıra qədər qulaq asmaq (və ya dinləmək) üçün 20 dəqiqə vaxt ayıran kəsin, münasibətlərdə (hər hansı bir yarana biləcək) problemlər barədə nigarançılıq keçirməsinə dəyməz.

Gün Ardı »

Maraqlı melumatlarHəmin gün iftar etmədi

İbrahim ibn Abdurrahmən ibn Auf buyurur:
- Atam oruc olduğu zaman yemək gətirdilər. O isə yeməyə baxıb Musabı xatırladı və dedi:

- Musab ibn Umeyr döyüşdə həlak oldu. O məndən də xeyirli idi. Onu olan-qalan əbası ilə kəfənlədilər. O elə bir paltar idi ki, başını örtəndə ayaqları, ayaqlarını örtəndə başı açıq qalırdı. Sonra dünya nemətləri üzümüzə açıldı. Dünya həyatından yaxşılıqlarımız mükafatının bizə tez verilməsindən, Axirətə qalmamasından qorxuram.

Bu sözləri dedikdən sonra Abdurrahmən ibn Auf (radıyAllahu anhu) ağlamağa başladı və hətta iftar belə etmədi. Ardı »