Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarQərbin İslama Zidd Siyasəti

Bismilləhir Rahmənir Rahim.

Qərb siyasətinin uzun illər apardığı nəticə sayəsində müsəlman əhlinin əsl İslam yolunda getməkdən yayındırıb, onları yolundan azdırıb. Bu siyasətin yürüdülməsində özümüzdə bilmədən fəal iştirak etmiş və qərblilərə çox böyük köməkliklər etmişik. Qərblilərin siyasəti bəzən mühariblərlə və ən əsası olan daxili siyasət nəcitəsində baş vermişdir. Daxili siyasət, yəni öz içimizdə özümüzdə bilmədən bizə ziyanlar vurmuş, İslami inanclarımızı əlimizdən almış, imansızlaşmağa sövq etmişlər və bunu da sərrastlıqla bacarmışlar. Daxili siyasət dedikdə qərbin əxlaqsız mədəniyyətini öz içimizdə təbliğ etmişlər və iradəsi zəif olan biz müsəlmanlar bunlara aldanmış və nəfsi istəklərimizə uyub bunların yolunu getmişik. Misal üçün qərbin siyasətini yaymaq da ən Ardı »

Maraqlı melumatlarCƏHƏNNƏMİN GENİŞ VƏ DİBİNİN DƏRİN OLMASI

Həqiqətən, Cəhənnəm ucu-bucağı olmayan, hündür divarları və dərin dibli olması ilə vəsf olunan bir məkandır.

Əbu Hüreyrənin (Allah ondan razı olsun!) rəvayət etdiyi aşağıdakı hədis də belə bir təsvirə dəlalət edən hədislərdəndir. Belə ki, Allahın elçisi (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurur: «Kafirin dərisinin qalınlığı nəhəng insanın dirsəyinin qırx iki misli uzunluğunda, azı dişi Uhud dağı böyüklüyündə və tutduğu yer isə Məkkə ilə Mədinə arasındakı məsafə qədər olacaqdır». Hədisi Tirmizi rəvayət etmişdir, Albani isə hədisi səhih adlandırmışdır.
Əgər Cəhənnəmdəki kafirlərdən birinin azı dişi Uhud dağı böyüklüyündə, tutduğu yer Məkkə ilə Mədinə arasındakı məsafə uzunluğunda və dərisinin qalınlığı qırx iki dirsək Ardı »

Maraqlı melumatlarCƏHƏNNƏMİN ZÜLMƏTİ VƏ HƏDSİZ QARANLIĞI

Həqiqətən, Cəhənnəm elə bir zülmət və qaranlıq diyarıdır ki, bu diyar öz sakinlərini kömürə çevirmiş, onların üz və dərilərini tam qaraltmışdır. Onun nə qaynar kömürü söndürülər, nə də atəşi ətrafa nur saçar.

Bu barədə Əbu Hüreyrədən rəvayət olunan bir hədisi qeyd etmək daha maraqlı olardı. Beləiklə Allahın elçisi (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurmuşdur: «Cəhənnəm min il alovlandı və ağardı, sonra yenə min il alovlandı və bu dəfə qızardı, daha sonra yenə min il alovlandı və bununla da qaraldı. İndi o zülmət bir gecə kimi qaradır». Hədisi Tirmizi və İbn Macə rəvayət etmişdir. Ardı »

Maraqlı melumatlarPEYĞƏMBƏRİMİZİN (s.a.s) İşçi həyatı

İşçi həyatı

Bilindiyi kimi Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) yetim olaraq doğuldu, sonra babası və əmisinin himayəsində oldu. Atasından özünə varlı edəcək bir mal qalmadı. İşləyə bilən hala gəldiyi zaman Səd oğulları arasındaykən, digər süd qardaşlarıyla birlikdə qoyunları otardı. Məkkəyə qayıtdıqdan sonra dabu işini davam etdirdi və bir neçə quruş (qiyrat) qarşılığında Məkkə xalqının qoyunlarını otarmağa başladı. İndiki pul ilə on reala (real- Ərəb pul vahididir) yaxın qarşılıq alırdı.

Qoyun otarmaq, yəni çobanlıq, Peyğəmbərlərin həyatlarının başlanğıcında etdikləri bir iş, bir sünnə olmuşdur. Allah (Cəllə Cəlaluhu) ona peyğəmbərlik nəsib etdikdən sonra da Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) belə buyurmuşdur : «Heç Ardı »

Maraqlı melumatlarİslam dininin maliyyə böhranına baxışı

1. İslam dininin maliyyə böhranına baxışı

Sual: Maliyyə böhranı barədə şərhlərinizi bilmək istəyirik?
Cavab: Mərhəmətli və Rəhimli Allahın adı ilə.

Həmd Allaha məxsusdur.

Heç kəsə gizli deyil ki, bu gün maliyyə böhranı Şərqi ilə, Qərbi ilə bütün dünyanı silkələməkdə lərzəyə gətirməkdə və yayılmaqdadır. Bu böhran siyasətçilər, qərar vericilər, tanınmış mütəfəkkirlər və iqtisadçıların gecələrini yuxusuz keçirməsinə səbəb olan ciddi bir hadisədir. Böyük bir fəlakət olmaqla, mürəkkəbliyi ilə səciyyələnir və bir çox fəsadları var. Bu böhranın dərinliyi iqtisadçılar və siyasətçilərin böyük qalmaqal yaşaması, eləcə də, bu barədə yazılan çox saylı məqalələrin mövcudluğu və müxtəlif təhlillərin edilməsindən bəlli olur. Onlar böyük çaşqınlıq içərisəndədirlər, baş verənlərə Ardı »

Maraqlı melumatlarBUNU HAMI OXUSUN

╬═╬ Nərdivandan aşağı en
╬═╬
╬═╬
╬═╬ Bunu yaxşı yadında saxla MÜSƏLMAN
╬═╬
╬═╬
╬═╬ İSLAMA SAHİB OLACAQSAN
╬═╬
╬═╬
╬═╬
╬═╬ NƏFSİNƏ HAKİM OLACAQSAN
╬═╬
╬═╬
╬═╬ QURANA SAHİB OLACAQSAN
╬═╬
╬═╬
╬═╬
╬═╬
╬═╬
╬═╬İSLAMIN GÖZƏLLİKLƏRİNDƏN FAYDALANACAQSAN
╬═╬
╬═╬
╬═╬HER ŞEYIALLAH RIZA SI ÜÇÜN. EDECEKSEN
╬═╬
╬═╬
╬═╬
█ A
██ L
 ███ L
   ███ A
     ███ H
       ████ ALLAH HƏR ZAMAN ONU SEVƏNLƏRLƏ BƏRABƏRDİR. Ardı »

Maraqlı melumatlarMescide Getmirsenmi?

Yolda qarşılaşdığımız zaman azan verilirdi. -Gəl gedək məscidə.Yəqin bilirsən bu gün cümədir. -Bilirəm.Amma onu da bilirsən ki, mən heç vaxt məscidə getmirəm. -Məscidə getmədiyini bilirəm.Amma çoxdandır bunun səbəbini axtarıram.Həqiqətən, maraqlıdır, məscidə niyə getmirsən? -Nə bilim!Özün bilirsən ki, geyim həvəskarıyam.Düşünürəm ki, məsciddə oturarkən bütün fikrim geyimimdə olacaq.Həm də şalvarın yerə sürtülüb,rənginin pozulmasından qorxuram. Qeyri ixtiyari gülməyə başladım:
-Hər halda zarafat edirsən, bunun üçünmü məscidi tərk etmisən?Bəs həyatında heç olmasa bir dəfə də olsa məscidə getməmisənmi? -Uşaq ikən bir dəfə babam ilə getmişdim.Amma artıq inanmıram ki, nə vaxtsa məscidə gedəcəm. Söylədikləri məni dəhşətə gətirmişdir.Bir qədər getdikdən sonra ayrıldıq. Bu hadisədən iki ay keçmişdir.Onun Ardı »

Maraqlı melumatlarDərdsiz Dua Soyuqdur..

Biri hər gecə qalxıb ALLAHı xatırlayır, Ona dua edərdi..
Şeytan ona dedi:
- Ey davamlı ALLAHı anan adam! Bütün gecə ALLAH deyib çağırmağına, yalvarmağına qarşılıq səni buyur edən varmı ki?
Sənə bir tək cavab belə gəlmədi, daha nə zamana qədər belə yalvarıb dua edəcəksən?
Adamın könlü qırıldı, başını yerə qoydu və hüzn içində yatdı..
Yuxusunda ona belə deyildi:
-- Özünə gəl oyan! Niyə duanı, zikri buraxdın? Niyə yoruldun?
Adam:
- 'Buyur' deyə bir cavab gəlmir ki.. Artıq qapıdan qovulmaqdan qorxuram, dedi..
Bunun üzərinə ona deyildi:
-Sənin ALLAH deməyin, Onun buyur deməsi sayəsindədir.. Sənin yalvarışın, ALLAHın sənin ruhuna xəbər uçurmasındandır. .Sənin səylərin, çarələr axtarman, ALLAHın səni özünə yaxınlaşdırması, ayaqlarındakı bağları həll etməsindəndir.. Ardı »