Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın müharibələri‎Yelmar Şərifov - Elmi fəaliyyəti

Yelmar Şərifov 1946-1952 illərdə Azərbaycan Elmlər Akademiyasının Aqrokimya və Torpaqşünaslıq İnstitutunda baş elmi işçi işləmişdir. 1952-ci ildən 1959-cu ilə kimi Meşə Təsərrüfatı İnstitutunun Meşə torpaqşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Meşə torpaqşünaslığı laboratoriyasında baş elmi işçi olmuşdur. 1968-ci ildə Meşə torpaqşünaslığı laboratoriyası şöbə şəklində Coğrafiya İnstitutunun tərkibinə keçdikdən sonra həyatının sonuna kimi həmin şöbənin baş elmi işçisi vəzifəsində çalışmışdır.

Yelmar Şərifov 5 monoqrafiyanın, 50-yə yaxın elmi məqalənin müəllifi idi. O, 1952-1959 illərdə Respublikanın dağ və dağətəyi meşə altı torpaqlarda tədqiqat işləri aparmış bunun nəticəsi olaraq “Azərbaycan meşə torpaqlarının bəzi genetik xüsusiyyətləri” adlı Ardı »

Azərbaycanın müharibələri‎Fəxrəddin Şahbazov

Həyatı[redaktə]
Fəxrəddin Şahbazov 22 yanvar 1950-ci ildə Bakı şəhərində doğulmuşdur. 1957-1967-ci illərdə Bakı şəhərindəki 20 saylı orta məktəbdə təhsil almışdır. 1969-cu ildə hərbi xidmətə çağırılmış və 1971-ci ildə ordudan tərxis edilmişdir. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlamış və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışmışdır.

Döyüşlərdə iştirakı
1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ və eləcə də, Qərbi Azərbaycan torpqlarından zorla, silah gücü ilə çıxartması Fəxrəddin Şahbazovu da narahat edirdi. Fəxrəddin könüllü olaraq cəbhəyə gedər qaynar döyüş meydanlarından reportajlar hazırlayar və xalqa eləcə də xarici ölkələrə çatdırardı. Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq cəbhəyə getməkdə davam edirdi. 1991-ci ildə ermənilər Xocavənd rayonunda Ardı »

Azərbaycanın müharibələri‎Qasım Qırxqızlı

Həyatı[redaktə]
1945-ci ildə anadan olmuşdur.

20 il Xocalı rayonunun Cəmilli kənd orta məktəbində direktor işləmişdir.

Kərkicahan qəsəbəsinin yaranmasının təşəbbüsçüsü olmuş və ilk qəsəbə sovetinin sədri işləmişdir. Respublika təşkilat komitəsinin (Qarabağ üzrə) sədri Polyaniçkonun güclü təzyiqi nəticəsində könüllü istefa vermiş, Xocalı rayon Təhsil şöbəsində inspektor vəzifəsində çalışmış, "Xocalının səsi" qəzetinin yaradıcılarından biri olmuş, 2000-ci ildən isə bu qəzetin baş redaktorudur.

Kitabları[redaktə]
Qarabağın tarixini, bu gününü, müharibənin səbəblərini və şəhidlərin həyatını əks etdirən 11 kitabın müəllifidir.

Filmoqrafiya[redaktə]
"Qarabağda talan var" sənədli televiziya filminin ssenarisini yazmışdır.

Mükafatları[redaktə]
"General Məhəmməd Əsədov" mükafatı Ardı »

Azərbaycanın müharibələri‎Aşıq Valeh

Aşıq Valeh – XVIII əsrin görkəmli aşıqlarındandır. Əsl adı Səfidir. Kərbəlanı ziyarət etdiyi üçün, Kərbəlayi Səfi kimi də tanınıb.

Həyatı[redaktə]
Aşıq Valeh 1729-cı ildə Ağdam yaxınlığındakı Gülablı kəndində anadan olub. Məşhur tarzən, Azərbaycan Xalq Artisti Qurban Baxşəli oğlu Primovun ulu babasıdır. Təhsilini Şuşada alıb. Şeirlərinin bir çoxu çağdaş şairlərdən Canıoğlu Abdulla, Baba bəy Şakir və Aşıq Qəmbər üçün yazılıb. Bu şeirlərində şairin onlarla olan şəxsi münasibətləri və s. öz əksini tapıb. Şeirlərindən aydın olur ki, aşıq Valeh dövrünün ünlü şairi Molla Pənah Vaqiflə (1717-1797) çox yaxın dostluq münasibətində olmuşdur. Onun ən məşhur şeiri "Vücudnamə"sidir. Bu şeirdə insan həyatı ana bətnindən qəbirə qədər təsvir Ardı »

Azərbaycanın müharibələri‎Nadir Əliyev (milli qəhrəman)

Həyatı[redaktə]
Əliyev Nadir Alış oğlu 1962-ci iyul ayının 30-da Ağdam rayonunun Əliağalı kəndində doğulmuşdur. 1977-1981-ci illərdə Bakı Politexnik Texnikumunda təhsil almışdır. 1991-ci ildə DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbini, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1991-ci ildən Mili Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olan N.Əliyev 1991-ci ilin sentyabr ayından dekabr ayınadək Azərbaycan DTK-nın (1991-ci ilin noyabr ayından MTN-nin) Mardakert (Ağdərə) rayon bölməsində, 1992-ci ildən isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə İdarəsinin Ağdərə Rayon Bölməsində baş əməliyyat müvəkkili işləmişdir. Ardı »

Azərbaycanın müharibələri‎Vahid Abbasov

Həyatı[redaktə]
Vahid Abbasov 1972-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. 1992-ci il oktyabrın 8-də Fizuli rayonunun Şaqrağdağ yüksəjliyi uğrunda gedən döyüş əməliyyatında həlak olmuşdur. Ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir. Ardı »

Azərbaycanın müharibələri‎Nazim İsmayılov - Döyüşlərdə iştirakı

90-cı illərinin əvvəllərindən başlayaraq erməni təcavüzkarlarının Azərbaycan torpaqlarını qəsb etməsi, onların Dağlıq Qarabağ və ətraf rayonlarda törətdikləri vəhşiliklər Nazimi gələcək planlarından daşındırdı. O, Vətənin harayına biganə qala bilmədi. Gəncliyində anasını itirən Nazim Azərbaycan sevgisini xəstə atasının, həyat yoldaşının və üç körpə qız övladının ona olan ehtiyacından üstün tutdu. 28 oktyabr 1993-cü ildə Sabunçu rayonunda yaradılmış könüllü dəstəyə qoşularaq alay komandiri kimi cəbhəyə yola düşdü. İlk döyüşünə Ağdam rayonundan başladı. Nazimlə birgə onun komandiri olduğu alayın hər bir əsgəri bütün döyüşlərdə əsl cəsurluq, rəşadət nümunəsi idilər. 27 dekabr 1993-cü ildə onun rəhbərliyi ilə bir neçə uğurlu əməliyyat aparıldı. Ağdamın Sofulu, Məhəmmədəli, Boyəhmədli Ardı »

Azərbaycanın müharibələri‎Seymur Quliyev (şəhid)

Seymur Sarı oğlu Quliyev 1969-cu il martın 11-də Ağdam rayonunun Sırxavənd kəndində (bu kənd vaxtilə ləğv edilmiş Ağdərə rayonunun inzibati tabeçiliyində idi) dünyaya göz açmışdı. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdı. Seymur 2 illik əsgərlik borcunu Xabarovsk vilayətində başa vurur. 1989-cu ildən hərbi xidmətdən təxris olunduqdan sonra əkəndə qayıdır. Həmin vaxt yurdumuzda müharibə ocağının alovu günü-gündən dağ Qarabağda azərbaycanlı kəndlərini bürüyürdü. Sırxavənd camaatı səksəkəli günlərini yaşayırdı. Seymur Quliyev ilk gündən ermkəni quldurlarına qarşı açıq-açığına bayrağını göstərir. Daşnakların bayrağını kim çıxarıb gətirsə, onu böyük mükafat gözləyir. Günün günorta çağında Seymurla Rizvan həmin bayrağı çıxardıb yerinə qara parça bağlayır.

1990-cı ilin martında erməni Ardı »