Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın müharibələri‎Habil Qurbanov

Həyatı[redaktə]
Habil Surxay oğlu Qurbanov 14 mart 1955-ci ildə Ağdamda anadan olmuşdur.

Maarif xadimi Surxay Qurbanovun oğludur. 1971-ci ildə Ağdam 1 saylı orta məktəbini bitirmişdir. 1971-1975 illərdə Azərbaycan Pedaqoji İnstitutunin coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. AMEA-da kiçik elmi işçi kimi fəaliyyətə başlayan Habil Qurbanov 1975-1976 illərdə Ukraynanın Xmelnitski şəhərində hərbi xidmətdə olmuşdur O, 1976-1980 illərdə Bakı şəhəri Nəsimi Rayon Komsomol Komitəsində işləmişdir. 1980-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Bakı orta xüsusi milis məktəbində tədris hissəsinin müfəttişi vəzifəsində çalışmışdır. 1982-1985 illərdə Volqoqrad Ali İstintaq Məktəbini qiyabi yolla müvəffəqiyyətlə bitirmişdir.

Habil Qurbanov 1984-1986 illərdə Bakı Milis Məktəbində qiyabi bölmənin rəisi, 1986-1990 illərdə məktəbin rəis Ardı »

Azərbaycanın müharibələri‎Abbas Qasımov

Həyatı[redaktə]
Abbas Qasımov 24 yanvar 1970-ci ildə Samuх rayоnunun Nəbiağalı qəsəbəsində dоğulmuşdur. Atası Talıb Göyçə mahalının Daşkənd kəndindəndir.

Abbas orta məktəbi bitirdikdən sonra Rusiyanın Kamensk şəhərində hərbi xidmətdə olub.

Хanlar rayоn Hərbi Kоmisarlığı tərəfindən 3 yanvar 1992-ci ildə Milli Оrduya göndərilmiş, 701-ci hərbi hissənin avtоmatçısı оlmuşdur.

Abbas Qasımov ailəsinin narazılığı olmasına baxmayaraq könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qoşulmuşdur. Yoldaşları arasında "Snayper Abbas" deyə çağırılırmışdır. Sərrast atıcı və minaları təhlükəsizləşdirən hərbçi idi.

5 iyul 1992-ci ildə Ağdərə rayоnunda gedən qızğın döyüşdə ayağından yaralanmasına baxmayaraq geri çəkilməmiş və son damla qanına qədər düşmənlə üz-üzə döyüşmüş və qəhrəmancasına şəhid olmuşdur. Abbas Qasımov Samuх rayоnunun Nəbiağalı qəsəbəsində dəfn еdilmişdir. Ardı »

Azərbaycanın müharibələri‎Bir addım (film, 2009) - Filmin heyəti

Filmin heyəti[redaktə]
Film üzərində işləyənlər[redaktə]
Bədii rəhbəri: Cəmil Quliyev
Rejissoru: Fariz Əhmədov, Nərgiz Bağırzadə
Ssenari müəllifi: Alina Abdullayeva, Nərgiz Bağırzadə
Operator: Tarıverdi Tarıverdiyev
Rəssam: Şahin Həsənli (I)
Bəstəkar: Rauf Əliyev
Prodüserlər: Fariz Əhmədov, Rəşad Qasımov

Rollarda[redaktə]
Gülzar Qurbanova
Pərviz Məmmədrzayev
Nərminə Kərimova

Uğurları[redaktə]
"İmper Qrup" Prodüser Mərkəzinin istehsal etdiyi "Bir addım" qısametrajlı bədii filmi 2010-cu il avqustun 28-29-da Ukraynanın İrpen şəhərində keçirilən və 56 ölkə təmsil olunduğu VIII Beynəlxalq "İrpen" kinofestivalının "Peşəkar" bölməsində ikinci yerə layiq görülüb. Ardı »

Azərbaycanın müharibələri‎Rəsul Şahverdiyev

Rəsul Şahverdiyev — Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Rəsul Şahverdi oğlu Şahverdiyev 15 yanvar 1950-ci ildə Laçın rayonunun Uvannovu kəndində doğulub. 1957-ci ildə Laçın rayon Ağanus kənd orta məktəbinin I sinfinə getmiş, 1967-ci ildə orta təhsilini başa vurmuşdur. 1968-ci ildə ordu sıralarına çağırılan Rəsul həqiqi hərbi xidmətini Rostov şəhərində çəkib. 1971-ci ildən Laçın rayon polis şöbəsində işləyirdi. 1988-ci ildən başlayaraq şöbənin əməkdaşları ilə birgə laçın rayonunun Ermənistanla həmsərhəd kəndlərinin müdafiəsində fəal iştirak edib. Rəsul ən təhlükəli əməliyyatlara qardaşı Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevlə birlikdə gedər, döyüş tapşırıqlarını məharətlə yerinə yetirərdi. O, illərlə çətin və məsuliyyətli polis xidməti çəkərək peşəkar əməliyyatçıya çevrilmiş, ağır müharibədə Ardı »

Azərbaycanın müharibələri‎Telman Bağırov

Haqqında[redaktə]
1960-cı ildə anadan olub. 26 Bakı komissarı rayon milis şöbəsində kiçik serjant vəzifəsində işləyirdi.

Şəhid olması[redaktə]
«Dostluq» kinoteatrının yanındakı danışıq məntəqəsinin qarşısında əsgərlər tərəfindən vurulub. «Dostluq» kinoteatrının yanında Xəstəxanada ona tibbi yardım göstərilənə qədər keçinib. Fevralın 11-də, 22 gündən sonra bir qızı olub. Ardı »

Azərbaycanın müharibələri‎Aqil Musayev

Həyatı[redaktə]
Aqil Musayev 1974-cü il 3 noyabrda Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1981-1991-ci illərdə burada təhsil almışdır. Daha sonra 117 saylı texniki-peşə məktəbində sürücülük peşəsinə yiyələnib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır.

Döyüşlərdə iştirakı[redaktə]
Bir müddət təlim keçdikdən sonra Aqili Ağdam cəbhəsinə göndərdilər. Qaynar döyüş meydanlarında vuruşan Vətən övladı ölümün gözünə dik baxaraq rəşadətlə vuruşurdu. Daha sonra Aqil Füzuli istiqmətində gedən döyüşlərin birində yaralanır müalicə olunduğdan sonra isə yenidən səngərə dönür. Aqil Musayev 1994-cü il 5 oktyabr tarixdə Gəncə hadisələri zamanı dövlətimizə qarşı gələn, silaha sarılan dəstənin zərərsizləşdirilməsi zamanı qəhrəmancasına həlak olmuşdur.

Ailəsi[redaktə]
Subay idi.

Milli Qəhrəman[redaktə]
Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 Ardı »

Azərbaycanın müharibələri‎Məhərrəm Abbasov

Məhərrəm Abbas oğlu Abbasov (1961, Qərvənd,kəndi, Ağdam -26 yanvar, 1992, Şuşa, Daşaltı kəndi). İtgin düşüb.

Həyatı[redaktə]
Məhərrəm Abbas oğlu Abbasov 1961-ci ildə Ağdam rayonunun Qərvənd kəndində anadan olub. 26 yanvar 1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itgin düşmüşdür. Ardı »

Azərbaycanın müharibələri‎İlqar Qarayev

Haqqında[redaktə]
1949-cu ildə Şəmkir rayonunun Qaranüy kəndində anadan olub. 4 nömrəli tikinti idarəsində rəngsaz işləyib. İki övladı qalıb. Bəhruz və Firuz.

Şəhid olması[redaktə]
Yanvarın 19-da axşam saat 23-də səs-küyə küçəyə çıxıb.Yanvarın, 21-də meyidini mərkəzi ölüxanadan tapılıb. Güllə alnından dəymişdi. Şəhidlər xiyabanında dəfn edilib. Ardı »