Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Əsədullah Bayat Əsərləri

Sünnət və Qur'an baxışından İmam və İmamət
İslamın ekonomik sistemi
Tanrı‌nı tanımaq
Töhid
İnsan Qur'anda
İslami dövlətin para qaynaqları
Şərq filosofları‌nın düşüncəsində İlliyət
İslamın siyasi sistemi
İslamın siyasi düşüncə‌lərinə ötəri bir baxış
İslam siyasi düşüncəsi və mədinətun-Nənbi
Tüzih ul-Məmsail risaləsi
həc əməllə‌ri və əhkamı rəsaləsı
Usul elmində tədqiqatlar
İdalət mizanı
Təhzibi- Nəfs Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Şiraklar

Şiraklar – Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış qədim türk etnoslarından biri.

Tarixi mənbələrdən şirakların hələ Qafqaz Albaniyası ərazisində yaşamaları məlumdur. Şirak etnonimi mənbələrdə həm də sirak kimi qeyd olunur. Tarixşünaslıqda əvvəllər şirakların mənbəyi haqqında müəyyən qədər tərəddüdlər olsa da, sonrakı araşdırmalar zamanı bu tərəddüdlər aradan qaldırılmışdır. Antik mənbələrdə şiraklar haqqında bəzi məlumatlar qorunub saxlanılmışdır.

Antik müəllif Tatsit (Annallar,XII,15) Şimalda "şirakların çarı Zorsin" ifadəsini işlədir. Müəllifin Zorsin kimi yazdığı ad latın dilində "ç" səsi olmadığına görə Çursin kimi oxunmalıdır. Çursin türkcə "çur" – "qəhrəman", "çin" (şin,sin) – "kimi" sözlərindən ibarətdir. Beləliklə, ad "qəhrəman kimi" anlamındadır.

I əsr müəllifi Strabon Şimalda şirakların bir hökmdarının adını Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Yekan Kəhriz

Coğrafiya[redaktə]
Yakan Kəhriz Yamçı bəxşinin qərbi, Əsl kəndinin şimalı, 5591 metrlik dağlara cənubda, şərqdən yuxarı yekanda yerləşir. bu kənd dağ ətəyində yerləşib Yekanat (Yekanlar) dehestanının mərkəzidir.

Əhali[redaktə]
Yekan Kəhrizdə 6 böyük tayfa vardır ki onların adları belədir:

Çaylu tayfası
Həmzəlu
Yarğeyb
Hasarlu
Oğuzlu
Qəyəlu Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Rüstəm bəy Rüstəmbəyov

Həyatı[redaktə]
Rüstəm bəy Gülməmməd bəy oğlu 1807-ci ildə Şuşa şəhərində anadan olub. İbtidai təhsilini molla yanında almış, sonra mədrəsədə oxumuşdu. Mehdiqulu xan Cavanşirə xidmət etmişdi. 1822-ci ildə xan İrana qaçandan sonra Rusiya idarələrində işləmişdir.

1826-cı ildə üsyan edən Qarabağ bəylərinə qoşulmuşdu. Mehdiqulu хanın yanına qaçarkən yolda yaralanmışdı. Onu yaralı halda Vərəndə mahalının Çanaqçı kəndinə gətirmişdilər. Sağalandan sonra qəza idarəsində işləmişdi. Poruçik rütbəsindən kapitan rütbəsinədək ucalmışdı.

Sankt-Peterburqdan Qarabağa yoxlama gəlmiş, nəticə haqqında məruzə hazırlanmışdı. Xoşməramlı bəylər arasında onun və qardaşı Ağa bəyin adı göstərilmişdi.

II Rüstəm bəy mülkədar idi. Kəranə kəndi onun mülkü idi.



Ailəsi[redaktə]
Rüstəm bəyin Abdulla bəy, Süleyman bəy adlı oğlanları vardı. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Məhəmmədhüseyn xan Qaragözlü

Həyatı[redaktə]
Qacarlar hakimiyyəti dovrundə diqqəti cəlb edən Qaragözlü oymağı Cənubi Azərbaycanın Həmədan əyalətinda yasayan türk mənşəli Azərbaycan tayfalarındandır. Mənbələrdə adları XVI əsrdən etibarən çəkilən bu tayfa XVIII əsrdə İran və Azərbaycanın ictimai-siyasi həyatında nəzərə çarpacaq dərəcədə fəal iştirak etmisdir. Qacarlar sülaləsi yarandığı ilk dövrlərdən ona itaətkarlıq göstərmiş, Ağa Məhəmməd şah Qacarı müdafiə edənlərdən idilər. Bu tayfanın görkəmli, tanınmış başcılarından və xanlarından biri Məhəmmədhuseyn xan Həmədani Qaragözlüdür.

Məhəmmədhüseyn xan Qaragözlü Şamlı elinin Qaragözlü oymağının Aşıqlı tayfasındandır. Ağaməhəmməd şah Qacarın tapşırığı ilə Əfqanıstana elçi getmişdi. Orda Dürranilər sülaləsindən olan Zaman şah Dürrani ilə görüşmüşdü.

Cəfər xan Zənd 1199-cu ildə (1785) Şirazdan gələrək, İsfahanı isğal etdikdən sonra Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Padar eli Tarixi

Padar və Bucaq hər biri ayrı-ayrılıqda soy adıdır. Göstərdiyimiz kimi, Məhəmmədhəsən bəy Vəlili-Baharlı belə hesab edir ki, padarlar səfəvilər tərəfindən Irandan köçürülüb, Dağıstan sınırında yerləşdirilmişdir. Bucaqlar isə noğayların bir qoludur. Başqa bir versiyaya görə padar və bucaqlar Iranda və kiçik Asiyada futuhatlarını həyata keçirən monqol və tatar ordusunun avanqard hissəsi olmuşlar. Məlum faktdır ki, Azərbaycanın Beyləqan, Varsan və Şəmkir şəhərlərini monqolların öncül hissələri dağıdıb. Padar və bucaqların zərbələri altında dağılan şəhərlərin əhalisi pərən-pərən düşüblər. Harada yaşadıqları indi də bilinmir. Amma xalqın yaddaşında o günlərlə səsləşən ifadələr yaşayır. "Padar-bucaq kimi süpürgə çəkdilər hər yerə…" "Qapı-baca taybatay, ev-eşik uçuq-sökük, hər yan padar-bucaq…" Padar Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Sadaklar

Sadaklar Azərbaycanda (Qafqaz Albaniyasında) yaşamış və Alban tayfa ittifaqında daxil olan türk mənşəli tayfalardan biridir.

Moisey Kalankatlı Qafqaz Albaniyasının bir tayfasının adını Savdey kimi çəkir [1] Müəllifin yazdığından belə çıxır ki, bu tayfa I əsrdən bu ərazidə yaşamışdır. Azərbaycan tədqiqatçılarının bəziləri[kimlər?] bu tayfanı Qafqazmənşəli, bəziləri[kimlər?] isə türkmənşəli sayırlar. Əslndə Kalankatlının Savdey kimi göstərdiyi (əslində Kalankatlının etnonimi necə yazması məlum deyil. Erməni kilsə xadimləri[kimlər?] alban dilində yazılmış bütün əsərləri məhv edərkən[nə vaxt?] Kalankatlının əsərinin də orijinalını məhv etmişlər və biz bu əsərin qrabarcaya tərcüməsindən istifadə edə bilirik) bu etnonim sadak türk tayfasının adının qrabarca təhrifidir.

Sadak türk tayfası qədim tarixə malikdir. Orta Asiyada bu Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎H a r p a q

H a r p a q Çar Astiaqın qohumu, Maday ordusunun komandanı. Adın əvvəlinə h səsi əlavə olunmuşdur. Şumercə ara, ərə – qul (məbəd təsərrüfatında işləri qul), ba – bağışlamaq və ku – qismət, pay sözlərindən ibarət teofor ad olub (Allah) qul payı bağışladı mənasındadır. Er. əv. 713-cü ilə aid asur mənbəyində çəkilən midiyalı Arbaku adının eynidir. Ardı »