Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiSührəvərdiyyə

Sührəvərdilik – Azərbaycan təsəvvüf məktəbinə aid olan və dünyada ən geniş yayılmış sufi təriqətlərindən biridir. Qurucusu Şihabəddin Ömər Sührəvərdidir.

Şihabəddin Ömər Sührəvərdi Şeyx Əbülqahir Sührəvərdinin qardaşı oğludur. 1144-cü ildə Güney Azərbaycanın Zəncan şəhəri yaxınlığındakı Sührəvərddə doğulmuş, 1234-cü ildə sentyabr (məhərrəm) ayında vəfat etmişdir. Əmisi böyük alim Əbunnəcib Əbülqahir Sührəverdi onu təhsil alması üçün Bağdada aparmışdı. Burada bir çox dini elmləri öyrənən Şihabəddin Sührəverdi təsəvvüf elmlərini də əmisindən öyrənmişdir. Şihabəddin Sührəverdi fəqih, fazil, sufi, vəra sahibi, zahid, arif, həqiqət elmində zamanın şeyxi idi.

Çox ibadət edərmiş. Əlinə keçən malı, mülkü kasıb və möhtaclara paylayardı. Mənbələr onun Bağdaddakı bütün təkyələrin irşadda ən yetkin mürşidi sayıldığını Ardı »

ÜmumiQızıl Ordanın Azərbaycana yürüşləri

Azərbaycanda Hülakular dövləti yarandığı zamandan etibarən həmin dövlətlə Qızıl Orda xanları arasında tez-tez hərbi toqquşmalar baş vermişdir. Ərəb tarixçiləri bu mübarizənin səbəbini dini təfriqə ilə əlaqələndirirlər. Tarixi faktlardan görünür ki, iki dövlət arasındakı ziddiyyətlər Hülakularin İslam dinini qəbul etdikdən (XIII əsrin sonu) sonra da davam etmişdir. Bu da həmin dövlətlər arasındakı münaqişənin dinlə əlaqədar olmadığını göstərir. Qızıl Orda xanları Azərbaycanı öz əraziləri hesab etmiş və bu ərazinin Elxanilər dövlətinə daxil edilməsini qeyri-qanuni saymışlar. Onlar öz iddialarını Çingiz xanın vəsiyyətinə görə Azərbaycanın Batı xanın payına düşməsi ilə əsaslandırmağa çalışmışlar. Şərqlə Qərbi birləşdirən əsas karvan yollarından biri Azərbaycandan çekirdi və Qızıl Orda dövlətinin Ardı »

ÜmumiƏmirgunə xan Ağcaqoyunlu-Qacar

Həyatı[redaktə]
Əmirgunə xan Gülabi xan oğlu Çuxur Səəd əyalətinin İrəvan mərkəzi olan şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili aimışdı.1605-ci ildən, Qızılbaşların İrəvanı osmanlılardan geri almağı tarixindən Çuxur Səəd bəylərbəyi təyin olunmuşdu. Səfəvi-Osmanlı savaşlarında iştirak etmişdi.Əmirgunə xan Ağcaqoyunlu-Qacar1625-ci ildə vəfat edib.


Əmirgunə xanın Təhmasibqulu xan, Abbasqulu xan adlı oğulları vardı.



Fəaliyyəti[redaktə]
Əmirgunə xanq urucu, xeyriyəçi bir şəxs idi. Tarixçi Zəkəriyyə yazır: "Əmirgunə xan İrəvana sahib olan kimi quruculuq işlərinə başladı, şenlik yaratdı, qala tikdi, saray ucaltdı, bağ-bağça saldırdı, arxlar çəkdirib, şəhərin suyunu artırdı. Onun hakimiyyət illəri Çuxur Səədin çiçəkləndiyi dövr olmuşdu.Tarixçi Kanakersi də yazır: "Şah Abbas İrəvanı alandan sonra Əmirgunə xanı ora hakim təyin edir. O, hakimiyyətə Ardı »

ÜmumiTiyuldar

Tiyuldar - tiyul sahibi. T. vergi toplamaq və məhkəməinzibati hüquqlara malik olsa da, tiyul sahəsi onun xüsusi mülkiyyəti hesab olunmurdu. Sonralar, xüsusilə də xanlıqlar dövründə t.-lar mütəmadi şəkildə xan təliqəsi ilə təsdiqlənirdilər. Quba xanlığında rəiyyətin t.-dan şəxsi asılılığı və ona xidmət göstərməsi xanın əmri ilə qanuniləşdirilirdi. Ardı »

ÜmumiQarasu qalası

Naxçıvan MR,Şərur rayonu,Gümüşlü qəsəbəsi yaxınlığında e.ə. II minilliyə və I minilliyin əvvəllərinə aid qala.Sahəsi 5 ha-dır.Terraslarda salınmış möhtəşəm qala divarları ilə iki hisəyə ayrılır.Aşağı terraslardakı hissənin iri daşlardan tikilmiş divarı var.İçqala (Narınqala) 50-60 metr aralıda dağdadır.Divarı kiçik daşlarla tikilib.Qalanın daxilində yonulmuş daşdan tikilmiş bina qalıqları var.Qarasu qalası Azərbaycanın qədim siklopik tikililərinə daxildir.Qalanın daxilində qayalıqda bir neçə su hovuzu da qazılıb.Arxeoloji qazıntılar zamanı qaladan dən daşları,obsidian və çaxmaqdaşından lövhələr,gil qablar,tunc bilərziklər və Erkən Dəmir dövrünə aid ox ucluqları tapılıb.Naxçıvan mədəniyyəti üçün səciyyəvidir. Ardı »

ÜmumiZindan qalası

Ümumi məlumat[redaktə]
Dairəvi qala (Zindan) Lənkəran qalası ilə eyni vaxtda, təqribən 1747-1786-cı illərdə inşa edilmişdir. Qalanın peyki, oxşarı olan ikinci tikili Mayakdır. Bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqələrinə çevrilmişdir. Hətta Lənkəran qalasının ümumi sahəsi Bakı qalasından, demək olar ki, iki dəfə böyük olmuşdur. Bu qala 1869-cu ilə kimi burada baş verən müharibələrdə mühüm müdafiə və dayaq məntəqəsi rolunu oynamışdır. Ərazinin rus qoşunları tərəfindən işğalından sonra ümumi qala divarları dağıdılmış və hərbi qala ləğv edilmişdir. Dairəvi qaladan isə həbsxana kimi istifadə edilməyə başlanılmışdır. Deyilənlərə görə, dustaqlar buraya Zindan ilə Mayak arasında olan gizli yeraltı yol ilə gətirilirmişlər. Bu Ardı »

Ümumiİskəndər bəy Münşi

İskəndər bəy Münşi Türkman – Mənşəcə Azərbaycan türklərindən olan görkəmli tarixçi, şair və xəttat.

Həyatı[redaktə]
Tanınmış Səfəvi tarixçisi, məşhur "Tarix-i aləm aray-i Abbasi" ("Dünyanın bəzəyi olan Abbasın tarixi") əsərinin müəllifi İskəndər bəy Türkmən Məhəmməd Yusif Müvərrix 1560/1561-ci ildə sayılan türk soylarından olan Türkman tayfasının tanınmış ailələrindən birində doğulmuşdur.

Erkən yaşlarında, hələ ilkin təhsilini də bitirməmiş İskəndər o zaman "siyaq" adlanan mühasib sənətini öyrənmək işinə girişir və sonradan buna da peşiman olur. Dövrünün iqtisadi biliklərinin əsaslarını mənimsəyən İskəndər Münşi bir çox dövlət xadimləri ilə bir sırada çalışır, hətta hərbi yürüşlərdə də iştirak edir. Sonradan, professor Əbülhəsən Rəhmaninin də yazdığına görə, o, "yorucu mühasiblik sənətindən üz Ardı »