Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və YazıçılarDəyanət Osmanlı

[color=#fe8c8c]Bayramov Dəyanət Osman oğlu - şair-publisist, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
[redaktə]
Həyatı

Dəyanət Osmanlı 1965-ci il iyunun 15-də Gürcüstanda, Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən bir il sonra Azərbaycanda Sumqayıt Xovlu iplik fabrikində işləmişdir. Ordu sıralarında xidmət etmişdir (1983-1985). M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1986-1991). Əmək fəaliyyətinə "Mübariz" qəzetində şöbə müdiri kimi başlamışdır. "Fəryad" qəzetində şöbə redaktoru (1990-1992), "Azərbaycan" qəzetində müxbir, parlament müxbiri (1992-2005) vəzifəsində çalışmışdır.

Bədii yaradıcılığa 80-ci illərdə başlamışdır. "Köhnəlir ayaq izlərim", "Yarı yolda qalan məktub", "Söhbət" adlı ilk şeirləri "Ulduz" jurnalında (1990, №4)və s. dərc olunmuşdur. Bundan sonra "Ulduz", "Azərbaycan" jurnallarında Ardı »

Şairlər və YazıçılarNizami Cəfərov

Nizami Cəfərov — Azərbaycan Atatürk Mərkəzinin müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. BDU-nun ümumi dilçilik kafedrasının müdiri[1]Mündəricat [gizlə]
1 Həyatı
2 Əsərləri
3 Filmoqrafiya
4 Mənbə
5 İstinadlar

[redaktə]
Həyatı

Nizami Cəfərov 1959-cu il sentyabrın 21-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müəllimi, professoru, filologiya fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 2000-ci ildən Bakı Dövlət Universitetinin kafedra müdiridir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Ardı »

Şairlər və YazıçılarAkif Hüseynov

Hüseynov Akif Məmməd oğlu - ədəbiyyatşünas, tənqidçi, 1972-ci ıldən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1989).

Həyatı

Akif Hüseynov 1941-ci il mayın 26-da Gürcüstanın Tbilisi şəhərində doğulmuşdur. Burada 31 saylı şəhər məktəbində, sonra Bakıda 132 saylı orta məktəbdə oxumuşdur (1948-1958).

ADU-nun filologiya fakültəsini bitirmişdir (1964). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır (1965-1968). "Azərbaycan" jurnalı redaksiyasında tənqid ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1967-1971), Ulduz jurnalı nın baş redaktoru (1971-1973), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi (1973-1976), orada müasir ədəbi proses şöbəsində böyük elmi işçi (1976-1992) olmuşdur.

Hazırda institutda şöbə müdiri vəzifəsində çalışır (1992-ci ildən).

Ədəbi fəaliyyətə 1966-cı ildə "Ədəbiyyat Ardı »

Şairlər və YazıçılarEldar İsgəndərzadə

İsgəndərzadə Eldar Xeyrulla oğlu — Azərbaycan, şair-dramaturq, ssenari müəllifi, "Qızıl Qələm" və "H.B. Zərdabi" mükafatçısı.

Həyatı

Eldar İsgəndərzadə 1964-cü ilin oktyabr ayının 5-də Lerik rayonunun Rvarud kəndində anadan olub. 1981-ci ildə Lerik qəsəbə orta məktəbini bitirib. 1990-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə və İnistitutun nəzdində fəaliyyət göstərən İctimai Peşə fakültəsinin Jurnalistika şöbəsini bitirib. 1987-ci ildən şerləri ilə Respublika mətbuatında çıxış edir. "O gözlərin sirri" adlı şerlər kitabı 1995-ci ildə "Gənclik" nəşriyyatında və "Mənəm, sənsən bir də o" adlı şerlər kitabı 2011-ci ildə "Konstant empere" nəşryyatında işıq üzü görüb. 1996-cı ildə "Qalxın, məhkəmə gəlir" adlı iki hissəli pyesi N.B.Vəzirov adına Lənkəran Ardı »

Şairlər və YazıçılarVasif Quliyev

Quliyev Vasif Xosrov oğlu - publisist, tərcüməçi, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1989).[Mənbə göstərin]
[redaktə]
Həyatı

Vasif Quliyev 1954-cü il yanvarın 17-də Dağlıq Qarabağın Şuşa rayonundakı Malıbəyli kəndində anadan olmuşdur. Orta təhsilini Xankəndidə 4 saylı məktəbdə almışdır (1969-1971). Əmək fəaliyyətinə Xankəndidə elektrotexnika zavodunda yığıcı-çilingər kimi başlamışdır (1971-1974). Bakı soyuducular zavodunda fəhlə olmuşdur (1974). Ordu sıralarında xidməti borcunu yerinə yetirmişdir (1974-1976). Azərbaycan Dövlət Universitetinin juralistika fakültəsində təhsilini davam etdirmişdir (1977-1982). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmışdır (1982-1984). Hazırda "Günəş" uşaq jurnalının baş redaktoru və "Şuşa" nəşriyyatının direktorudur.

Ədəbi yaradıcılığa tələbəlik illərindən başlamışdır. "Ulduz", "Qobustan", "Müxbir" jurnallarında və qəzetlərdə publisist Ardı »

Şairlər və YazıçılarQılman İlkin

[color=#fe5e5e]Qılman İlkin - nasir, 1950-ci ildən AYB-nın üzvü, M.F.Axundov adına Dövlət mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar incəsənət xadimi (1989).
[redaktə]
Həyatı

Musayev Qılman İsabala oğlu (Qılman İlkin) Bakının Mərdəkan kəndində anadan olmuşdur. 1932-ci ildə daxil olduğu indiki Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsini 1936-cı ildə bitirib, indiki Bakı Dövlət Universitetində baş müəllim işləyib, "Azərbaycan" jurnalının baş redaktoru, "Uşaqgəncnəşr", "Azərnəşr" nəşriyyatlarının direktoru (1966-1971) olub.

Xidmətlərinə görə "Qırmızı əmək bayrağı", "İkinci dərəcəli Böyük Vətən müharibəsi" ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif olunmuşdur. Qafqaz xalqları Ali Dini Şurasının "Paklıq" mükafatına layiq görülmüşdür.

"Qalada üsyan" (1959), "Şimal küləyi" (1962), "Hədiyyə" (1969), "Dağlı məhəlləsi" (1978), "Dəniz Ardı »

Şairlər və YazıçılarMikayıl Müşfiq

İsmayılzadə Mikayıl Əbdülqadir oğlu (5 iyun 1908 — 6 yanvar 1938) — şair, 1934-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdu.

Həyatı

Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və adəbiyyat fakültəsini bitirmişdir (1927-1931).
[redaktə]
Yaradıcılıq fəaliyyəti

Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində Ardı »

Şairlər və YazıçılarSabir Əhmədli

[color=#4866e7]Əhmədli Sabir Məmməd oğlu — nasir, publisist, 1955-ci ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1992), Əməkdar incəsənət xadimi (1984).Mündəricat [gizlə]
1 Həyatı
2 Mükafatları
3 Əsərləri
4 Filmoqrafiya
5 Həmçinin bax

[redaktə]
Həyatı

Sabir Əhmədli 1930-cu il iyulun 10-da Azərbaycanın Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olmuşdur. ADU-nun filologiya fakültəsini bitirmişdir. "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1956-1993), baş redaktor (1993-1996) işləmişdir.
II Dünya Müharibəsi qəhrəmanı Cəmil Əhmədovun qardaşıdır.
[redaktə]
Mükafatları
"Əmək şöhrətinə görə" medalı ilə təltif edilmişdir (1975).
"Qızıl sünbül" ədəbi mükafatı laureatı (1991).

Böyük şairimiz Bəxtiyar Vahabzadənin dünyasını dəyişməsi ilə poeziyamıza üz verən ağır kədərin ürəyimizdən göynərtisi getməmiş, bizə daha ağır bir kədər üz verdi, nəsrimizin görkəmli nümayəndəsi, Ardı »