Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və YazıçılarLev Əsgərov

Əsgərov Lev Mabudoviç - nasir, publisist, 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.[Mənbə göstərin]
[redaktə]
Həyatı

Lev Əsgərov 1942-ci il oktyabrın 1-də Bakı yaxınlığındakı Artyom qəsəbəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra neft sənayesində fəhləlik etmişdir. Ordu sıralarında hərbi xidmətdə olmuşdur (1959-1962). İlk yazıları "Sovetskiy voin" jurnalında və "Za rodinu" qəzetində çıxmışdır. Ordudan tərxis edilib Kazan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1962-1967). "Bakinskiy raboçiy", "Trud" qəzetlərinin xüsusi müxbiri (1967-1973), Krasnovodski vilayət partiya komitəsinin birinci katibinin köməkçisi (1973-1975), Bakı Radio zavodunun "İmpuls" qəzetinin redaktoru, Ümumittifaq müəllifləri hüquq cəmiyyətinin respublika şöbəsinin rəis müavini (1976-1982), Azərbaycan Respublikası kitabsevərlər cəmiyyətinin məsul katibi (1982-1985), Dostluq Cəmiyyətində "Sovet Azərbaycanı" Ardı »

Şairlər və Yazıçılarİsrafil Məmmədov

[color=#fe5e5e]İsrafil Süleyman oğlu Məmmədov – tarix elmləri namizədi, “Sovet Ermənistanı” qəzetinin redaktoru (?-1990), Tarixçi. Kino məsləhətçisi. Filmlərdə iştirak edən. Film çəkilməsinə kömək edən.

Həyatı

İsrafil Məmmədov 1927-ci ildə Mehri rayonunda anadan olub. Orta məktəbi bitirdiyi il elə həmin məktəbə müəllim təyin edilib. Sonra rayon qəzetində işləməyə başlayıb. Paralel olaraq rayon radiosunun aparıcısı olub.

İrəvanda “Partiya məktəbi”ni bitirəndən sonra 1955-90-cı illərdə “Sovet Ermənistanı” qəzetində çalışıb. Təbliğat şöbəsinin, müdiri, partiya-təbliğat şöbəsinin müdiri, məsul katib, redaktor müavini və redaktor olub. Ermənistanda “Azərbaycan mətbuatı tarixi”ndən dissertasiya müdafiə edib, tarix elmləri namizədidir.

1964-cü ildən İrəvan Pedoqoji Universitetində dərs deyib. Onlarla kitab, yüzlərlə monoqrafiya müəllifidir. Milli Münasibətlər İnstitutunda “Soyqırım” şöbəsinin müdiridir.

1991-ci Ardı »

Şairlər və YazıçılarKamal Talıbzadə

Talıbzadə Kamal Abdulla Şaiq oğlu — tənqidçi, ədəbiyyatşünas, 1952-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1965), professor (1972), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1980), Azərbaycanın Elm xadimi (1982), Azərbaycanın Maarif xadimi (1983), Azərbaycan Dövlət mükafatı laureatı (1986).
[redaktə]
Həyatı

Kamal Talıbzadə 1923-cü il avqust ayının 14-də Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini burada alan K. Talıbzadə sonralar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş və 1945-ci ildən etibarən Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlamışdır. 1948-ci ildə o, aspirantura təhsilini başa vuraraq "Abbas Səhhətin həyat və yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi elmi dərəcəsi almışdır.

O, 1954-cü ildən Azərbaycan Ardı »

Şairlər və Yazıçılarİlqar Fəhmi

[color=#4866e7]Paşayev İlqar Əli-Abbas oğlu (İlqar Fəhmi) — şair, yazıçı, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001).
[redaktə]
Həyatı

İlqar Fəhmi 1975-ci ildə Bakı şəhərində anadan olub. Əslən Bakının Zirə kəndindəndir. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. 8 kitabı dərc edilib, 2002-ci ildə "Axırıncı qatar" ("İtlər") pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib, "Ölüm növbəsi" (2009, rejissor Fikrət Əliyev), "Aktrisa" (2010, rejissor Rövşən İsax), "Dərvişin qeydləri" (2011-2012, rejissor Eldar Quliyev) və başqa ssenariləri dövlət sifarişiylə ekranlaşdırılıb. 2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına, 2008-ci ildə Rusiyada Ardı »

Şairlər və YazıçılarTəranə Muxtarova

Muxtarova Təranə Sərdar qızı - publisist, Jurnalistlər Birliyinin üzvü (1982).

Təranə Muxtarova 1955-ci il sentyabrın 25-də Ağcabədi rayonunda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır.

Əmək fəaliyyətinə 1977-ci ildə təyinatla göndərildiyi "Şuşa" qəzetində müxbir kimi başlamışdır. Qarabağ hadisələri başlanarkən ilk etiraz səsini ucaldan jurnalistlərdən olmuşdur (1991). "Respublika" qəzetində müxbir vəzifəsində çalışmışdır (1996).

Həsən bəy Zərdabi adına mükafatın ilk laureatlarından biridir (1989). Xan qızı Natəvan adına mükafata layiq görülmüşdür (1996).
[redaktə]
Əsərləri
1.Şuşa harayı. Bakı: Azərnəşr, 1996, 203 səh. Ardı »

Şairlər və YazıçılarZəlimxan Yaqub

Zəlimxan Yaqub (d.21 yanvar, 1950. Gürcüstan, Bolnisi, Kəpənəkçi)— Azərbaycanın xalq şairi.Mündəricat [gizlə]
1 Həyatı
2 Kitabları
3 Şəkillər
4 Həmçinin Bax
5 İstinadlar

[redaktə]
Həyatı

Yaqubov Zəlimxan Yusif oğlu (Zəlimxan Yaqub) — Azərbaycanın xalq şairi, ictimai xadim - 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur.

Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir (1967-1972).

1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur.

İlk şeiri Ardı »

Şairlər və YazıçılarQulu Ağsəs

Qulu Ağsəs - Ulduz jurnalının baş redaktor müavni, Prezident təqaüdçüsü.Mündəricat [gizlə]
1 Həyatı
2 Kitabları
3 Həmçinin Bax
4 Mənbə

[redaktə]
Həyatı

Qulu Ağsəs 20 aprel 1969-cu ildə Ağdamda doğulub.

“Sənsən hər yer” və “Nöqtələr” şeir kitablarının müəllifidir.

Prezident təqaüdçüsüdür.

Ulduz jurnalının baş redaktor müavnidir.[1] [2]
[redaktə]
Kitabları
“Sənsən hər yer”
“Nöqtələr” Ardı »

Şairlər və Yazıçılarİltifat Saleh

Salayev İltifat Saleh oğlu - şair, 1988-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü.

Həyatı

İltifat Saleh 1935-ci il iyunun 10-da Azərbaycanın Lənkəran rayonunun Boladi kəndində kolxozçu ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1954). ADPİ-nin tarix-fılologiya fakültəsində təhsil almışdır (1956-1961).

Əmək fəaliyyətinə Lənkəran rayonunda, Port-İliç şəhər orta məktəbində müəllim kimi başlamışdır (1961-1971). Eyni zamanda Mərkəzi Dövlət arxivinin Lənkəran filialının əməkdaşı olmuşdur (1968-71). Lənkəran rayon zəhmətkeş deputatları sovetinin sədr müavini (1971-1975), Port-İliç şəhər zəhmətkeş deputatları sovetinin sədri (1975-1977), tarix və mədəniyyət abidələrini Könüllü Mühafızə Cəmiyyəti Lənkəran şöbəsinin təlimatçısı (1977-1978), Lənkəran rayon radio verilişlərinin redaktoru (1978), məsul redaktoru (1978-1987) vəzifələrində çalışmışdır.

Hazırda Port-İliç şəhər orta məktəbində tədris Ardı »