Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və YazıçılarƏhməd bəy Ağaoğlu

[color=#ff810f]Əhməd Ağaoğlu (Əhməd bəy Ağayev) – ictimai xadim, jurnalist, pedaqoq və yazıçı.

Həyatı

Əhməd Ağaoğlu (Əhməd bəy Ağayev) 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Həsən varlı pambıqçı fermer, anası Tazə xanım Şuşanın Sarıcı Əli nəslindən olub.

1888-ci ildə Parisə gedən Əhməd bəy burada məşhur fransız şərqşünasları Ernest Renan və professor Ceyms Darmestete ilə tanış olur. Əhməd bəy bu illərdə Sankt-Peterburq və Parisin məşhur Sorbonna universitetlərində təhsil alır. Beş dilə mükəmməl şəkildə yiyələnən Əhməd bəy o zaman həm yerli, həm də əcnəbi mətbuatda maraqlı məqalələrlə çıxış etməyə başlayır.

1894-cü ildə Qafqaza, fransız dilini tədris etmək məqsədilə qayıdan ədib tezliklə Bakıya köçür. Fransada təhsil Ardı »

Şairlər və Yazıçılarİbrahim Göyçaylı

[color=#fe5e5e]Əsgərov İbrahim Məhəmməd oğlu (İbrahim Göyçaylı) – şair, Əməkdar İncəsənət Xadimi, Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində "Ədəbiyyat və İncəsənət Redaksiyası"nın baş redaktor müavini.
Həyatı

İbrahim Göyçaylı 1936-cı il, noyabrın 12-də Göyçay rayonunun Alıkənd kəndində anadan olmuşdur.

1943-cü ildə Göyçay şəhərində orta məktəbə gedib. 1953-cü ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti)filologiya fakültəsində təhsil alıb (1953-1958).

Əmək fəaliyyətinə qəzetdə müxbir kimi başlayıb. Sonra Azərbaycan Dövlət Nəşriyyatında redaktor, "Mədəni ticarət", "Za kulturnuyu torgovli" qəzetlərində baş redaktor, Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində redaktor, şöbə müdiri, baş redaktor kimi vəzifələrdə çalışıb. 1983-cü ildən 2007-ci ilə qədər baş redaktor müavini vəzifəsində fəaliyyət göstərmişdir.

Ümumilikdə, Azərbaycan Ardı »

Şairlər və YazıçılarFirudin Qurbansoy

Firudin Qurbansoy - Yazıçı. Ssenari müəllifi. Filmlərdə iştirak edən.

Həyatı
[redaktə]
Fəaliyyəti

Firudin Qurbansoyun qələmə aldığı pyeslər – "Canım Qırat, Gözüm Qırat" Abdulla Şaiq adına Kukla Teatrında, "Xəta" Naxçıvan Dövlət Dram Teatrında, "Cənnətin Astanasında", "Oxu Tar" Muğam Teatrında, "Dədə Qorqud Sorağında", "Haray" digər teatrlarda səhnələşdirilib.

Əsərlərinin demək olar ki, hamısı konkret tarixi şəxsiyyətlərdən bəhs edir.
[redaktə]
Filmoqrafiya
Aləmdə qalan səs (film, 2001)
Səbrli adamın fəryadı (film, 2002)
Sonuncu orden (film, 2002)
Yenə o bağ olaydı (film, 2002)
Dağlı çörəyi (film, 2007) Ardı »

Şairlər və YazıçılarBaba Vəziroğlu

Baba Vəziroğlu (tam adı: Məsimov Baba Vəzir oğlu) — nasir, şair, tərcüməçi, kinodramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü; respublika komsomolu mükafatı laureatı (1988); 1 avqust 2005-ci ildən Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi"[1].

Həyatı

Baba Vəziroğlu 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur. Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləmiş, oradan ADU-nun hazırlıq fakültəsinə göndərilmişdir (1971-1972). Universitetin jurnalistika fakültəsində təhsil almışdır (1972-1977). Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı (1979) olmuş, Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləmişdir (1979-1991). "Molla Nəsrəddin" jurnalının baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin Ardı »

Şairlər və YazıçılarVaqif Vəliyev

Vəliyev Vaqif Əli oğlu — ədəbiyyatşünas, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1972), professor (1976).[Mənbə göstərin]
[redaktə]
Həyatı

Vaqif Vəliyev 1924-cü il yanvarın 1-də Qazax rayonunun Pirili kəndində doğulmuşdur. Qazax şəhər 1 saylı orta məktəbində təhsil almışdır (1932-1941). Əmək fəaliyyətinə Azərbaycan KP MK Qazax rayon Partiya Komitəsində texniki katib kimi başlamışdır (1941). Sovet Ordusu sıralarında xidmət etmişdir (1943-1949), ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1949-1954). Orada aspiranturaya daxil olmuş, "Səməd Vurğunun poemaları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş (1957), Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir (1958-ci ildən). "Azərbaycan folkloru janrları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş (1972), 1976-cı ildən Ardı »

Şairlər və Yazıçılarİsmayıl Şıxlı

Şıxlınski İsmayıl Qəhrəman oğlu (İsmayıl Şıxlı) — nasir, ədəbiyyatşünas, publisist, yazıçı, ssenari müəllifi, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycanın xalq yazıçısı (1984), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).

Həyatı

İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil almışdır (1933-1936). Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işləmişdir. Sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1937-1941). Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdir (1941-1942). Ardı »

Şairlər və YazıçılarFyodor Dostoyevski

Fyodor Mixayloviç Dostoyevski (rus. Фёдор Михайлович Достоевский; 11 noyabr 1821 – 9 fevral 1881) — rus yazıçı, dünya ədəbiyyatının ən böyük yazıçılarından biri. Uşaqlığını sərxoş ata və xəstə anasının yanında keçirən Dostoyevski, anasının ölümündən sonra Peterburqdakı Mühəndis Məktəbinə girdi. Atasının ölümünü burada xəbər aldı. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra İstehkam Müdirliyinə girdi. Bir il sonra istefa verərək buradan ayrıldı. Ordudan ayrıldıqdan sonra ədəbiyyata yönələn Dostoyevskinin ilk romanı Bədbəxt insanlar, 1846-cı ildə nümayiş olundu. Bu əsərinin ardından yazdığı kitablarla gözlədiyi müvəffəqiyyətə çata bilməyən Dostoyevskinin ümidi qırıldı və siyasətlə maraqlanmağa başladı.

1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə qarışdığı iddiası ilə həbs olundu. Səkkiz ay həbsxanada Ardı »

Şairlər və YazıçılarSalman Mümtaz

Həyatı

Salman Məmmədəmin oğlu Əsgərzadə (1884-1941 Şəki ) - görkəmli ədəbiyyatşünas-alim.

Salman Mümtaz 1884-cü ildə Şəkidə anadan olub. İki yaşında anası Zəhra xanımla Aşqabada köçür. Azərbaycanda Xalq Cumhuriyyəti qurulana kimi burada yaşayır.

Salman Mümtaz balacalıqdan evin dolanışıq yükünün altına girdi. Qardaşıyla birgə dayılarına ticarət işlərində kömək etdi. Getdiyi yeganə məktəb mollaxana oldu. Orda da cəmi üç ay oxudu. Ərəb, fars, urdu dillərini təkbaşına, rus dilini isə dükanlarına gələn zabit arvadlarıyla söhbətlərindən öyrəndi. Türk dillərinə böyük marağı vardı. Özbək, qırğız, türkmən dillərini bilirdi. Ədəbiyyat sirli bir aləm kimi onu özünə çağıranda Salman hələ çox gənciydi. "Molla Nəsrəddin" jurnalında "Xortdanbəy", "Sərçəqulubəy" və başqa imzalarla müxtəlif şeirləri, Ardı »