Şairlər və Yazıçılar → Nemət Veysəlli
[color=#4866e7]Nemət Bayramalı oğlu Veysəlli - Azərbaycan Yazıçılar Birliyinin (1985-ci il) və Azərbaycan Jurnalistlər Birliyinin (1978-ci il) üzvü.
[redaktə]
Həyatı
21 mart 1941-ci ildə Qaryagin rayonunun (indiki Füzuli rayonu) Yuxarı Veysəlli kəndində anadan olub. Yeddillik kənd məktəbini bitirdikdən sonra Martuni rayonunun beynəlmiləl orta məktəbində təhsil almışdır (1957-1959).
Horadiz pambıqtəmizləmə zavodunda (1960) fəhlə işləmişdir. 1961-1964-cü illərdə Sovet Ordusu (Ukrayna, Odessa) sıralarında qulluq etmişdir. Bir müddət Bakı Şin zavodunda fəhlə (1964-1975), sonralar isə böyük tərbiyəçi vəzifəsində çalışmışdır.
Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir (1971).
[redaktə]
Yaradıcılığı
İlk bədii publisistik yazıları “Araz”, “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Ədəbiyyat və incəsənət” qəzetlərində, “Qobustan” incəsənət toplusunda dərc edilmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Tele-Radio şirkətində, radionun “Xəbərlər” Ardı »