Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəfalı meyvə və TərəvəzlərƏrik

Əriyin meyvələrində kalsium duzları olduğundan ürək-damar sistemi və qanazlığı xəstəliklərində orqanizmə faydalı təsir göstərir. Ərik bağırsaqların boşalmasına yaxşı təsir edir. A provitamini ilə zəngin olduğu üçün üzün dərisinin gigiyenik şəraitinə yaxşı təsiri var. Üzün dərisini gün yandırarkən əriyin ətindən maska edirlər. Ərikdə karotinin miqdarı çox olduğu üçün onu uşaqların qidasına daxil etmək məsləhətdir.

Ərik təzyiqi olanlar üçün faydalıdır. Onda A vitamini olduğu üçün gözlərə və dəri üçün faydalıdır.

Ərik şirəsi hamilə qadınlar üçün çox faydalıdlır. Pakistan alimləri belə hesab edirlər ki, ölkənin bir qəbiləsinin nümayəndələrinin uzun ömür sürməsinə səbəb həmin qəbilənin ənənəvi olaraq əriklə çox qidalanmasıdır.

Müəyyən edilibdir ki, 100 q Ardı »

Şəfalı meyvə və TərəvəzlərQara turpun faydaları

Qara turp immunitenti gücləndirməkdə olduqca yaxşı təsir edir. Heç bir dərman və iynəyə ehtiyac olmadan orqanizmi təbii şəkildə soyuqdan qoruya bilərsiniz.qara turp

* Qrip infeksiyaları ilə vücudunuzun immunitent sistemini gücləndirir.
* Turp həzm sitemini gücləndirir və mikrobları öldürür.
* Ağciyələri gücləndirir və qaraciyəri qoruyur.
* Diş ətinin qanamasının qarısını alır.
* Qan azlığına qarşı yaxşı təsir edir.
* Sıxıntını aradan qaldırır və yuxu gətirir.
* Alergiyanı aradan qaldırmağa kömək edir və ağrını azaldır.
* Boğaz xəstəliklərə qarşı yaxşı təsir edir.
* Ağrıları aradan qaldırır.
* Rovmatizma və damar sərtliyinə qarşı yaxşı təsitr edir.
* Qanı zəhərlərdən təmizləyir.

Turpun alt qismini və içini bir az oyun. Ardı »

Şəfalı meyvə və TərəvəzlərBitkilər aləmindən maraqlı məlumatlar

Elə bitkilər var ki, təsirlərə reaksiya verir. Məsələn, küsdüm ağacının bir budağında olan yarpağa toxunduqda, qalan yarpaqlar təhlükə hiss etmiş kimi yığışır. Turşəng bitkisində də belə xüsusiyyət vardır.
***
Panama kanalı yaxınlığında "işıq ağacı" bitir. Ağacın şama oxşar yağlı meyvələri olur. Yerli əhali meyvənin içinə piltə salaraq, onu şam kimi yandırırlar. Adi şamlar kimi hiss eləmədən 3-5 saat yanır.
Aloe ağacına oxşayan bitki otaqda nəinki təkcə yarşıq üçün, hətta müalicə xüsusiyyətinə görə saxlanan aloyenin tayıdır. Qədimdə əsgərlər bu bitkinin şirəsi ilə yaralarını sağaldırdılar. Indi də xalq təbabəti müxtəlif xəstəliklərin müalicəsi üçün həmin bitkidən istifadə edir. aloe bitkisi
*** Macarıstanda Vyetnamdan alınmış xiyar toxumundan 170 Ardı »

Şəfalı meyvə və TərəvəzlərƏrik-Armeniaca Vulqaris Z.

Ərik qızılgülçiçəklilər (Rosaceae) fəsiləsindən olub,Azərbaycanda çoxdan bəri becərilir.Dərman məqsədilə meyvələrinin toxumlarından,eləcə də ərik ağacının yarpaqlarından daha geniş istifadə edilir.
Ərik ağacının yapışqanı günəş qarşısında qurudulduqda ağ rəng alır.Ərik ağacı yapışqanı suda həll olduğu üçün əczaçılıq təcrübəsində Ərəbistan kitrəsini əvəzedici kimi həb və tablet dərmanlarının tərkibində,eləcə də emulsiyaların hazırlanmasında istifadə olunur.Əriyin meyvələri son dərəcə faydalıdır.Mevələrini yetişən vaxt toplayır,həm təbii,həm də konservləşdirib, yeyinti sənayesində istifadə edirlər.Bundan başqa koserv zavodlarında çox vaxt meyvələrinin tumlarını ayırıb atırlar.Son illərə kimi ərik ağacı meyvələrinin tumları koserv zavodlarının tullantısı hesab olunurdu.Lakin hazırda əriyin toxumlarından əla keyfiyyətli tibb üçün yararlı,badam yağını əvəz edən piyli yağ istehsal olunur.Bu yağdan əzcaçılıqda Ardı »

Şəfalı meyvə və TərəvəzlərZoğal...

Zoğal (lat. Cornus) - zoğalkimilər fəsiləsinə aid bitki cinsi. Zoğal Böyük və Kiçik Qafqaz dağlarının ətəklərindəki meşəliklərdə yabanı halda yayılmışdır. Azərbaycanda Şəki - Zaqatala, Quba - Qusar zonalarında, eləcə də Kür - Araz çayları ətrafındakı rayonlarda ona çox təsadüf olunur. Bundan başqa, zoğal respublikamızın bir çox rayonlarının həyatyanı bağlarında becərilir. Zoğal ağacının ən çox meyvələrindən istifadə olunur. Meyvələrini tam yetişəndə yığır, həm təzə-təzə, həm də qurudub istifadə edirlər. Zoğalın meyvəsində 20-25 % şəkər [qlükoza, fruktoza, saxaroza].

zoğalZogal10-11 % üzvi turşular [limon, alma, kəhraba və s.] 8-8 % aşı maddəsi, karotin və C, B vitaminləri, boyayıcı və pektin maddələri və s. vardır. Zoğalın Ardı »

Şəfalı meyvə və TərəvəzlərÇiyələyin faydaları.

Çiyələk ən dadlı və sevimli giləmeyvələrdən biridir. Ləzzətli dadından əlavə bu giləmeyvə müxtəlif vitaminlər və mikroelementlərlə zəngindir.

Çiyələkdə C, A, B vitaminləri, fol turşusu, yod, dəmir, kalium, kalsium, sink və s. mikroelementləri vardır. Bu giləmeyvənin güclü iltihab və mikrob aleyhinə xüsusiyyətləri vardır ki, o qrip, soyuqdəymə və burun-udlaq xəstəlikləri zamanı əsl təbii dərman kimi müalicəvi təsir göstərir.

Çiyələk insanın immun sistemini gücləndirir, qan damarlarının divarlarını möhkəmləndirir, şəkərli diabet xəstələrdə şəkərin səviyyəsini aşağı salır, mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, öd daşı xəstəliyi zamanı çox xeyirlidir.

Çiyələk təbii sidikqovucu sayılır. Bu səbəbdən də böyrək xəstəlikləri olanlar bu giləmeyvəni öz rasionlarına daxil etməlidirlər.

Bundan əlavə çiyələk qara ciyər üçün Ardı »

Şəfalı meyvə və TərəvəzlərƏncir-Ficus Caricaz

Əncir tut fəsiləsindən olub, (Moraceae) Azərbaycanda geniş yayılmışdır.Bağbanların,alimlərin və botaniklərin fikrincə dünyada yayılan və becərilən subtropik meyvəli bitkilərin içərisində əncir qədər zəngin qidalı,ətirli və şirinliyə malik olan digər meyvəli bitki yoxdur.Başqa sözlə əncirə xas olan dietiklik,yüksək kalorilik,ətirlilik təmlik,şirinlik və digər xoşa gələn xassələrə görə onu başqa meyvələrdən fərqləndirir.
Əncirin əsas vətəni Suriya və Kiçik Asiya ölkələridir.Bundan başqa əncir Aralıq dənizi sahillərində və xüsusən Yunanıstanda çox geniş yayılmışdır.
Azərbaycanda Abşeronda becərilən "Sarı Sabahi" və ya "Sarə əncir" sortu xüsusilə məşhurdur.Ümumiyyətlə Azərbaycanda əncirin iki növü yayılmışdır.
1.Mədəni əncir-respublikamızda geniş miqyasda becərilir.
2.Hirkan ənciri-yabanı halda Lənkəran zonasında yayılıb.
əncir meyvəsi

Əncirin meyvəsində bir sıra bioloji fəal və müalicə əhəmiyyətli,orqanizm Ardı »

Şəfalı meyvə və TərəvəzlərTut meyvəsi

Tut meyvəsinin Azərbaycanda 3 növü yetişir; ağ, qara, qırmızı. Tut meyvələrinin yetişməsi may – iyun aylarına təsadüf edir.
Ağ tutun yarpaqlarında üzvi turşular, C, vitamini, aşılayıcı maddələr, meyvələrində isə şəkər, üzvi maddələr, C, B vitamini, karotin, müxtəlif amin turşuları vardır.
Xalq təbabətində tut yarpaqlarının dəmləməsini, təzə meyvələrini, meyvələrinin şirəsini (bəhməz, doşab) ürək-damar xəstəliklərində, qanazlığı, skarlatina, övrə zamanı işlədirlər. Eləcə də tut meyvələrini mədə və 12 barmaq bağırsağın xora xəstəlikləri zamanı qəbul etmək məsləhət görülür. Angina zamanı tut meyvəsinin şirəsi ilə qarqara etmək fayda verir. Revmatizmli xəstələrə ağ tut meyvələri ilə vanna etmək məsləhət görülür. Bunun üçün meyvələr üzərinə su tökülür, qıcqırma üçün bir Ardı »