Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəfalı meyvə və TərəvəzlərKokosun faydaları

Dünyanın ən böyük qozu-kokos hesab olunur. Bir kokosun çəkisi 4 kiloqrama qədər ola bilər. Gözəl dadından əlavə, kokosun tərkibində B vitamini, makro və mikro elementlərdə vardır. Kokos mədə bağırsaq yoluna, imunitetə, görmə qabilyyətinə və tiroid vəzinə çox xeyirdir.

Hindistan qozunun (kokosun) həm südünün, həm də suyunun tərkibinin, steroid olmayan iltihab önləyici dərmanlardan qaynaqlandığı və mukozal ereksiyaya qarşı xora önləyici xüsusiyyətlərə sahib olduğu bildirilir. Həmçinin bu meyvə həzm sistemi narahatlıqlarının müalicəsində təsirli hesab olunur. Qəbzlik, kolit, mədə xorası, qusma, qaz kimi narahatlıqlara qarşı effektlidir.

Qurudulmuş hindistan qozunun enerji dəyəri olduqca yüksək olduğundan bu meyvə doyurucu və mükəmməl qidalandırma funksiyasına görə fərqlənir. İnsan bədənini Ardı »

Şəfalı meyvə və TərəvəzlərŞam ağacının qozaları saçları uzadır

Qozaların yağı buxar distillə üsulu ilə əldə edilən bir esansdı. Davamlı olaraq istifadə edilərsə, saçlar tez zamanda uzanar.

Qozların yağı badam, qoz və fındıq yağı kimi saç baxımı məqsədilə istifadə edilən bir esansdır. Bu məhlulu apteklərdə əldə etmək mümkündü. Saç tökülməsinin qarşısını almaq üçün olduqca güclü vasitədir.

Sağlam saçlar üçün ilıq su stəkanın içinə 1-2 damla töküb saçlara masaj edərək çəkin.

Qozalardan alınmış məhlulu 200 ml şampun şişəsinin içinə 20-25 damcı qədər tökün və sonra çalxalayın. Saçları onunla yuyun. Balaca şüşələrdə satılsa da, bu ən yaxşı və davamlı üsuldur.
Bu məhlulu istifadə edərkən gözlərə düşməməsinə xüsusi diqqət etmək lazımdır. Ardı »

Şəfalı meyvə və TərəvəzlərQara sarımsağın faydaları

Elə bir sarımsaq düşünün ki, yedikdən sonra nəfəsinizdən pis qoxu gəlməsin, dişləyəndə ağzınız acı olmasın. Bütün bu xüsusiyyətlər qara sarımsaqda var. Qara sarımsaq adi sarımsağın yüksək istilik və çox nəmişlik olması şərti ilə fermentləşdirilməsindən əldə edilir.

Qara sarımsaq Yaponiya, Avstraliya, Amerika və Avropa ölkələrinin mətbəxlərində çox məşhurdur. Onu bu qədər məşhur edən şey isə dadının şirin, qoxusuz və 10 qat daha təsirli olmasıdır. Qara sarımsaq 100% təbii bir məhsuldur.

Öz mürəkkəb strukturu sayəsində faydalı maddələrlə zəngin olan ən əhəmiyyətli məhsuldur. Orqanizmin immun sistemini stimullaşdırır.

Soyuqdəymə xəstəliklərində orqanizm tərəfindən yaxşı qəbul edilir, damarların aterosklerozunu aradan qaldırmağa, qan təzyiqini sabitləşdirməyə, cavanlığın enerjisini saxlamağa kömək edir. Ürəyin Ardı »

Şəfalı meyvə və TərəvəzlərŞaftalı cana məlhəm olan meyvədir

Dadlı-şirəli, cana məlhəm olan şaftalını böyük məmnuniyyətlə həzmi-rabedən keçirdiyimiz ən sevimli yay meyvələrindən saymaq olar. Lakin şaftalının dadlı olduğu qədər, faydalı olmasını hamımız bilirikmi?

Məsələn, şaftalının müxtəlif sortlarının ilk dəfə yetişdirildiyi Çində bu meyvəyə uzunömürlülük və sağlamlıq rəmzi kimi baxırlar. Şaftalı dərimizi qırışlardan qoruyan, ürəyimizi möhkəmləndirən, bədxassəli şişlərin əmələ gəlməsinin qarşısını alan əla antioksidantdır.

Şaftalı sağlam və gümrah olmaq, fəal həyat tərzi sürmək üçün əsl vitamin mənbəyidir: vitamin C orqanizmi virus və infeksiyalardan qoruyur, vitamin A iti görmə qabiliyyəti, gözlərin və selikli qişaların sağlamlığı üçün lazımdır, dəmir dərinin rəngini saflaşdırır, hemoqlobini yüksəldir, kalium ürək əzələlərini və damarların divarlarını möhkəmləndirir.

Şaftalı arıqlamaq üçün əla vasitədir. Ardı »

Şəfalı meyvə və TərəvəzlərTərəvəzlər haqqında

Pomidor SOLANUM LYCOPERSİCUM -badımcançiçəklilər (Solanaceae) fəsinləsindəndir.Tərkibində olan B qruplu vitaminlər,C vitamini və karotin,eləcə də şəkər və üzvi turşular onun son dərəcə yüksək qiymətli yeyinti məhsulu olmasına zəmin yaradır.Pomidorda orta hesabla 4% şəkər,0,6% mini,karotin,B1,B2,və K vitaminləri,yod birləşmələri müəyyən edilmişdir.Pomidorda olan yodun zob xəstəliyinə qarşı müalicəvi əhəmiyyəti vardır.

Pomidordan maddələr mübadiləsi pozğunluqlarında,ateroskleroza qarşı və ürək damar sistemi xəstəliklərində istifadə etmək faydalıdır.

pomidor

Xiyar CUCUMUS SATİVUS Z.-xiyarçiçəklilər (Cruciferae) fəsiləsindən olub,tərkibində B,C vitaminləri və sink duzu vardır.Xalq təbabətində xiyarın suyu sidikqovucu,sərinləşdirici,hərarəti azaldıcı dərman kimi işlədilir.Xiyarın qatılaşdırılmış suyu vərəm xəstəliyinə tutulanlara,sinə yumşaldıcı və bəlğəm gətirici dərman kimi verilir.

xiyar

Kartof SOLANUM TUBEROSUM -badımcançiçəklilər (Solanaceae)fəsiləsindən olub,tərkibində nişasta, müxtəlif şəkərlər (əsasən qlükoza),pentozan,dekstrin,pektin maddələri,B1,B2,C Ardı »

Şəfalı meyvə və TərəvəzlərMoruq

Təbabətdə meyvələrindən az halda isə yarpaqlarından istifadə edilir. Moruq qədim dərman vasitələrindəndir. Təzə meyvələri susuzluğu yaxşı kəsir, dadlı və ətirlidir. Çay kimi dəmlənmiş meyvələri qədimdən soyuqdəymədə tərlədici və hərarət salan kimi istifadə edilir. Moruq bağırsaqların təmizlənməsinə kömək edir, o öd və sidikqovucu təsirə malikdir.

Podaqra (oynaq və toxuma xəstəliklərində) və nefrit xəstəliklərində moruq yemək olmaz. Tərkibində dəmir olduğu üçün qanəmələgətirməni yaxşılaşdırır.

Tərlədici çay hazırlamaq üçün iki xörək qaşığı quru meyvələrinin üstünə 1 stəkan qaynar su töküb 10 dəq. qaynatmaq, yatmazdan qabaq 2 stəkan içmək. Yarpaqlarının həlimi 1:20 nisbətində tərlədici çay kimi içilir.

Mədə şirəsinin turşuluğu çox olanda, mədə-bağırsağın işini tənzimləmək üçün Ardı »

Şəfalı meyvə və TərəvəzlərKivi...

Kivi çox “cavan” giləmeyvədir. Bizə Yeni Zelandiyadan “gələn” kivi XIX əsrdən tanınır.

Bu möcüzəli giləmeyvə müxtəlif vitamin və mikroelementlərlə olduqca zəngindir. Mütəxəssislərin fikirlərinə görə məhz kivi C vitaminin miqdarına görə bütün sitrus meyvələri arasında birinci yer tutur. Bundan əlavə kividə B2, B3, B9 (fol turşusu), B6, A, E, PP vitaminləri, maqnezium, kalium, dəmir, fosfor, yod, mis, sink və s. mikroelementlər var.

Zəngin vitamin-mineral tərkibi ilə yanaşı, kivi azkalorili giləmeyvədir. Bu səbəbdən kivi diyetik qidalar sırasına daxildir. Öz çəkisindən narazı olan və ya çəkisini azaldmağa çalışan insanlar fikirləşmədən bu meyvəni qəbul edə bilərlər. Kivi orqanizmdə olan piyləri əridir.

Kivi insanın immun sitemini möhkəmləndirir, Ardı »

Şəfalı meyvə və TərəvəzlərKeşniş...

Keşniş toxumlarından həm xörəklərdə, həm də biskvit məmulatlarında istifadə edilir. Yarpaqları, gövdəsi salat və xörəklərə əlavə edilir. Keşniş iştahaaçıcıdır, həzmi asanlaşdırır, mədə-bağırsaqdakı sancıları aradan qaldırır.

Keşniş antiseptik, yəni mikroböldürücü xüsusiyyətə malikdir. Keşnişin toxumunu əzin, bir şirniyyat qaşığı keşniş toxumunu 1 stəkan qaynar suya tökün, stəkanın üstünü möhkəm bağlayın və 5 dəqiqə dəmə qoyun. Yeməkdən əvvəl 1 stəkan için.

Keşniş həm də sakitləşdirici təsirə malikdir, təzyiqi aşağı salır, yarpağından salat və souslarda istifadə edilir. Ardı »