beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuma niyə gəlmisən?
Yuxuma niyə gəlmisən?

Anlaya bilmədim səni,
Açılmayan bir sirmisən.
Ürəyimə çəkib çəni,
Yuxuma niyə gəlmisən?
Düşsə də bu mənə baha,
Batsa da sevgim günaha,
Biz ki, yad olmuşuq daha,
Yuxuma niyə gəlmisən?
Sən özgə bir qəlb aradın,
Kimin telini daradın?
Başqa birinə yaradın,
Yuxuma niyə gəlmisən?
Röyan nəyimə lazımdır?
Bu da bir tale yazımdır?
Verdiyin qəmlər azmıdır?
Yuxuma niyə gəlmisən?
Şirin xanımdan doymusan?
Könlünü darda qoymusan,
Başqa sevdaya uymusan,
Yuxuma niyə gəlmisən?


Tarix: 01.06.2015 / 10:46 Müəllif: Aziza Baxılıb: 94 Bölmə: Şirinxanım Kərimbəyli