beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oxuyur sevda quşu canımda
Oxuyur sevda quşu canımda

Könüldə duyğularım oynayır,
Qəlbimin alovuyla qaynayır,
Niyə bəs ürəyimlə oynayır?
Onun öz sevgisi var qanımda,
Oxuyur sevda quşu canımda.
Gecəmin zülmətinə çıraqdır,
Ağrıdan, əzablardan iraqdır,
Eşqimin ülfətindən soraqdır,
Mən onu görməmişəm yanımda,
Oxuyur sevda quşu canımda.
Vəfalı sevgili yar baratdı,
Bu yarın səadəti həyatdı,
Kim ki, bu dünyada eşqə çatdı-
İlahi diləyi var anımda,
Oxuyur sevda quşu canımda.
Şadiman ağrıya şan verməsin,
Könlünü ona nişan verməsin,
Əzrayıl gəlsə də can verməsin,
Tanrıdan mükafatdı canım da!
Oxuyur sevda quşu canımda.


Tarix: 01.06.2015 / 10:45 Müəllif: Aziza Baxılıb: 91 Bölmə: Şirinxanım Kərimbəyli