Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənə elə gəlirki
Mənə elə gəlirki

Mənə elə gəlir ki,
Sənindir bu ürək, can.
Mənə elə gəlir ki,
Məni sən yaratmısan.
Mənə elə gəlir ki,
Bu müqəddəs torpağı,
Hər gülşəni, hər dağı,
Adicə bir yarpağı
Mənə sən yaratmısan.
Mənə elə gəlir ki,
Qərinəni, zamanı,
Bu yağışı, dumanı,
Ürəyimdə gümanı
Mənə sən yaratmısan.
Mənə elə gəlir ki,
Göydə uçan quşları,
Sirr yuvası daşları,
Gözlərimdə yaşları,
Mənə sən yaratmısan.
Mənə elə gəlir ki,
Coşub-daşan çağlayan,
Gah gülən, gah ağlayan,
Məni sənə bağlayan,
Eşqi sən yaratmısan!


Tarix: 01.06.2015 / 11:44 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Şirinxanım Kərimbəyli
loading...