Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən məni hər yerdə arayacaqsan
Sən məni hər yerdə arayacaqsan

Surətim gözündə güzgü olacaq,
Eşqimlə telini darayacaqsan,
Özündən xəbərsiz gözün dolacaq,
Sən məni hər yerdə arayacaqsan.
Düşmən kəsiləcək sənə ürəyin,
Xatirəm olacaq könül dirəyin,
Didərgin düşəcək eşqin, diləyin,
Mənim xatirəmlə yarıyacaqsan.
Gözündən, könlündən düşəcək həyat,
Yalnız mən olacam bağrına səyyad,
Xəyalım köksündə quracaq busat,
Bu sirri hamıdan qoruyacaqsan.
Mənli günlərini yığıb sinənə,
Dolub boşalsa da qəlb dönə-dönə,
Bu çətin olsa da, əzizim, sənə,
Mənim həsrətimlə qarıyacaqsan.


Tarix: 01.06.2015 / 11:45 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Şirinxanım Kərimbəyli
loading...