beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu həyatım ağlar bir ney
Bu həyatım ağlar bir ney

Bu həyatım ağlar bir ney,
Bəmdə, zildə ötər, sənsiz.
Hər sözümdən yağar giley,
Xoş günlərim bitər, sənsiz.
Diri ikən dünyam gordu,
Alışıbdı sinəm qordu,
Ürək səni məndən sordu,
Özüm ondan betər, sənsiz!
Necə dözüm bu gedişə?
Ömrüm ilə bəd gərdişə,
Gedər əldən sevinc, nəşə,
Səadətim itər, sənsiz.
Həsrət məni yaraladı,
Taleyimi qaraladı,
Ağ bəxtimi qaraladı,
Yolumda çən bitər, sənsiz.
Hicran qəmə muştuluqçu,
Şadimanın nədir suçu?
Dalınca bu ürək uçub
Yoxdu xəbər-ətər, sənsiz.


Tarix: 01.06.2015 / 10:42 Müəllif: Aziza Baxılıb: 81 Bölmə: Şirinxanım Kərimbəyli