beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Draqunov snayper tüfəngi

Draqunov snayper tüfəngi - Draqunovun 7.62 mm-lik snayper tufəngi. Peyda olan, hərəkət edən, gizlənmiş tək hədəfləri məhv etmək üçün hazırlanmışdır. Tüfəng snayperin ştat silahıdır.

Silahdan atəş açmaq üçün adi, trasser, zirehdeşən-yandırıcı və snayper güllələrindən istifadə olunur. Atəş tək-tək açılır. Optik nişangah gecə infraqırmızı obyektlərə və pis görünən hədəflərə atəş açmaq üçün nəzərdə tutulub. Bundan əlavə gündüz hədəfi məhv etmək üçün də istifadə olunur. Gecə infraqırmızı obyektlərin şüaları nişangaha düşərək yaşıl rəngli işıqlı ləkə kimi görünür ki, bununla da həmin obyekti dəqiq nişan almaq olur.Mündəricat
1 Xarakteristikası
2 Dizaynı
3 Tarixi
4 İstifadəçiləri
5 Mənbə


Xarakteristikası
Atəş uzaqlığı - 1300 m., açıq nişangahla 1200 m.
Kalibr - 7.62.
Güllənin öldürücü gücünü saxlaması - 3000 m.
Çəkisi bıçaq, optik nişangah və doldurulmamış halda - 4.3 kq.
Xəzinənin (maqazinin) tutumu - 10 ədəd.
Hədəfin optik böyüdülməsi - 4 dəfə.

Dizaynı

Draqunov tüfəngi qaz-piston sisteminə malikdir. Maqazini 10 güllə saxlaya bilir. 7.62 mm ölçüsündə olan istənilən gülləni Draqunovda istifadə etmək mümkündür.


Tarix: 20.03.2013 / 16:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 164 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari