beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yay üçün ləzzətli içki resepti

Tərkibi:
1 litr qaynadılmış ilıq su
1 dəstə tərxun
Yarım dəstə reyhan
3 ədəd xiyar
20-30 qram sıxılmış limon suyu
300 qram şəkər tozu

Hazırlanması:
1 litr ilıq suyu qazana tökün. Tərxun, reyhanı və şəkər tozunu suya əlavə edin və qaynadın.
Qaynamağa başlayanda götürməyin 2-3 dəqiqə də gözləyin.
Daha sonra onu soyumağa qoyun. O soyuyana qədərsə biz digər işlə məşğul olaq.
2 ədəd xiyarı içini çıxaraq. Qabığ tərəfini yarım minlimetr (noxud ölçüsündə) xırda-xırda doğrayın.
Ayrı bir qaba tökün və limon suyunu üzərinə əlavə edin.
Qaynadılmış suyun üzərinə limon və xiyar qatışığını əlavə edin.
Onu şüşə yaxud plastik bir qaba tökərək soyuducuya qoyun.
2-3 saat soyuduca yaxşıca sərinləşəndən sonra 5-6 nəfərlik dadlı qeyri adi, vitaminli və əsl yay içkiniz hazırdır.

Nuş olsun!


Tarix: 24.11.2014 / 10:56 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: İçkiler