Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

İçkilerLimon şərbəti

Limon – ¼ əd., şəkər – 50 q, zəfəran – 0,1q, su – 100 q, reyhan və ya keşniş toxumu – 0,1 q, buz -50 q.

Limon qabığı xırda doğranılır, uzərinə qaynar su, reyhan və ya nanə toxumu əlavə edilir.3-4 saat saxlanılır, süzülür, şəkər və limon şirəsi qatılıb soyudulur. Süfrəyə verdikdə zə`fəran şirəsi və buz əlavə edilir. Ardı »

İçkilerYeməyin yanına şərab seçimi

Şərab alarkən damağ dadınıza görə seçki etmənizlə yanaşı, şüşənin yatıq vəziyyətdə olması da əhəmiyyətlidir. Şərabın hava ilə təmasının kəsilməsi üçün göbələyin islanmış olması lazımdır, buna görə şərab şüşəsinin yatıq edilmiş olması vacib.Yeməyin yanına şərab seçərkən də yeməyin növünə görə dəyişir.
Balıq, digər dəniz məhsulları və toyuq kimi yeməklərin yanına ağ şərab gedir. Qırmızı ətə bildiyiniz qırmızı şərab daha yaraşır. Məsələn; quzu kürəyinə 18-19 dərəcə istilikdə xidmət ediləcək Merlot üzümündən süzülmüş bir şərab uyğunlaşma içində yoldaşlıq edəcək. Ardı »

İçkilerFərqli ayran resepti

Tərkibi:
2 stəkan qatıq
1 stəkan süd
1,5 stəkan su
yarım dessert qaşığı duz

Hazırlanması:

1. İstifadə edəcəyiniz qatıq qaymaqsız olmalıdı. Əgər qaymağı varsa qaymaqlarını götürmək lazımdı.

2. İki stəkan qatığı dərin bir qabda mikserlə və ya çəngəllə yaxşı qarışdırın.

3. Südü yavaş-yavaş əlavə edib, mikserlə qarışdıraraq qatığa tam yedizdirin.

4. Ayranın köpüklü olması üçün qarışdıran zaman ele etməlisiniz ki içinə hava girsin.

5. Sonda su əlavə edirin. (suyun miqdarını zövqünüzə görə nizamlayın)

6. Su əlavə edən zaman ayranın dadına baxın.İstədiyiniz kimi olduqda duz əlavə edin. Ardı »

İçkilerSərin qarağat suyu

Ləvazimatlar

Qarağat (qırmızı, qara) – 400 q

Şəkər tozu – 500 q

Su – 4 l

Hazırlanma qaydası

1. Qazana su və şəkər tozu əlavə edilib qaynadılır.

2. Qarağat giləmeyvəsi blenderdən keçirilib qaynayan şəkərli suya əlavə edilir.

3. Meyvəli şərbət bir az qaynadıqdan sonra tənzifdən mors üçün xüsusi qaba süzülür. Ardı »

İçkilerNar limonadı resepti

Tərkibi:
2-3 ədəd nar
4 ədəd alma
1 ədəd limon suyu
1 kiçik parça zəncəfil tozu

Hazırlanması:
Narı ortadan kəsin. Portağal sıxan alətlə suyunu sıxın. Süzgəcdən keçirin. Zəncəfili rəndələyin. Süzgəcdən keçirərək qaşıqla əzin və nar suyuna qarışdırın. Limon suyunu da bura qatın. Ardınca almaların suyunu əlavə edin və hazır olan kimi için.


Nuş olsun! Ardı »

İçkilerBallı alma suyu resepti

Su içmənin nə qədər əhəmiyyətli olduğunu artıq hamımız bilirik. Amma kimisi üçün gündə 2-3 litr su içmək həqiqətən də çətin ola bilər. Su ehtiyacınızı daha ləzzətli, amma zərərsiz alternativlərlə aradan qaldırmaq üçün aşağıdakı reseptlərimizə bir nəzər salın.

Çiyələk və kivili su
Bir qaba 6 ədəd çiyələk və 4 dilim kivi qoyun, onları yaxşıca əzin. Daha sonra qabın davamına su əlavə edin sürətlicə yelləyin və sonra bir neçə saatlığına soyuducuna qoyun. Meyvə qalıqları sizi narahat edirsə suyunuzu süzün. Yüngül və sağlam içkiniz hazırdır.

Fərqli bir dadda su
Cola dadındakı bu suyu çox sevəcəsiniz. Bir neçə dilim ananası qabın dibinə qoyun və əzin. Bir neçə xörək qaşığı Ardı »

İçkilerMeyvə növ kompotu

Meyvə növ kompotu

İÇİ:

Şəkəri və suyu qaynadırıq. Ananası, armudu, şaftalı və kivi soyub halğa halğa doğrayırıq. Meyvələri qaynayan şirəyə əlavə edirik. 2-3 dəqiqəyə qədər bişirib ocaqdan alırıq.
Hazırladığımız növ kompotu şüşə qaba alaraq soyumağa qoyuruq. Soyuyanda xidmət edirik.

MEYVƏ Növ Kompotu

1 ananas
1 armud
1 şaftalı
2 kivi
500 q. Qaysı
Üzüm
1,5 lt. Su
5 yemək q.Toz şəkər Ardı »

İçkilerQovun şərbəti

Qovun şərbəti

İÇİ


Yemişin içini çıxarıb, əzirik və süzgəcdən keçirərək tumlarını ayırırıq. İçinə şəkəri, suyu və sıxılmış limonu əlavə edib qarışdırırıq.
Nanə yarpaqlarını içinə atırıq və soyudub xidmət edirik.

QOVUN ŞƏRBƏTİ

1 qovun
1 lt. Su
1 su s.Toz şəkər
1 limon
1 budaq təzə nanə Ardı »