beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bananlı kokteyl

Yay aylarının içkisi olan bananlı və konyaklı kokteyl

Ərzaqlar:

3-4 porsiya üçün nəzərdə tutulub

250 qram dondurma (plombir)

130-150 ml süd

1 ədəd banan

1-2 x.q. konyak

Hazırlanma qaydası:

Bananı təmizləyib, doğrayın. Blenderin qabına südü töküb,100 qram dondurma da əlavə edin. Sonra bir neçə saniyə ərzində çalın.Üzərinə banan əlavə edib, yenidən çalın. Sonra qalan dondurmanı da əlavə edib, yaxşıca çalın. Sonda alınmış kütləyə konyak töküb, qarışdırın. Kokteyli qədəhlərə töküb, kivi, banan və ya portağal dilimləri ilə bəzəyin. Nuş olsun!


Tarix: 04.12.2012 / 02:26 Müəllif: [Ram] Baxılıb: 354 Bölmə: İçkiler