beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çiyələk limonadı resepti

Tərkibi:
0,5 l hazır şərbət
6 limon
2,5 l su
3 st. çiyələk

Hazırlanması:
Limonları sıxın, şirəsini süzün, sedrasını xırda doğrayın.
Suya limon şirəsi, sedra, zövqə görə şərbət (qaynayan suya qənd atıb əridin - 1:2 nisbətində) əlavə edin, yaxşı qarışdırıb bir qədər saxlayın.
Çiyələyin bir neçəsini bəzək üçün saxlayıb qalanını çəngəllə əzin, hazır qarışığa əlavə edin.
Qarışığı cunadan süzüb soyuducuda bir neçə saat saxlayın.
Stəkanlara süzün, içinə buz parçaları atıb, kənarlarına çiyələk və nanə yarpaqları qoyaraq süfrəyə verin.

Nuş olsun!


Tarix: 24.11.2014 / 10:50 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: İçkiler