beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sərt şampan kokteyli resepti

Tərkibi:
3-4 ədəd nar
şəkər pudrası zövqə görə
1 butulka sərin şampan

Hazırlanması:
Əslində bu resept üçün şampan əvəzi kimi "Prosecco" da (italyan quru çaxırı) istifadə etmək olar və siz heç bir fərq hiss etməyəcəksiniz. Bundan əlavə, narın əvəzinə sürtkəcdən keçirilmiş ərik və çiyələkdən istifadə etmək olar, lakin mövsümi meyvələrdən istifadə etsək daha düzgün olar.

1. İlk olaraq narları yarı bölüb, dənələrini bir boşqaba yığırıq. Bunu tez etmək üçün yarı bölünmüş narı üzü qaba tərəf tutub arxasından böyük qaşıqla vura bilərsiniz.

2. Nar dənələrini mətbəx kombaynından və süzgəcdən keçirdikdən sonra gözəl nar şirəsi hazırlanmış olur. Əgər nar şirəsi çox turşdursa, o zaman ona bir qədər şəkər pudrasından əlavə edib qarışdıra bilərsiniz. Adətən buna ehtiyyac olmur.

3. Və nəhayət nar şirəsini 5 santimetrə qədər şampan bokalına tökülür və üstündən sizin şampanla doldurulur.

Nuş olsun!


Tarix: 24.11.2014 / 10:47 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: İçkiler