beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tərxun limonadı resepti

Tərkibi:
50 q tərxun
2 laym
şəkər tozu - zövqə görə
1,5 l qazlı mineral su

Hazırlanması:
Tərxunu xırda doğrayın (blenderdə də xırdalaya bilərsiniz).

Laymı nazik dilimlərə doğrayın. Tərxunu və laymı həvəngdəstəyə qoyun, üstünə şəkər tozu səpin (məsələn 4 x.q.), döyün. 15 dəqiqə saxlayın.

0,5 l su töküb 30-40 dəqiqə saxlayın. Sonra süzün, suyun qalanını əlavə edin.

İstəyə görə süfrəyə buz parçaları ilə verə bilərsiniz.

Nuş olsun!


Tarix: 24.11.2014 / 10:49 Müəllif: Aziza Baxılıb: 17 Bölmə: İçkiler